Bakıda "İqtisadiyyatın inkişafında antiinhisar siyasətinin rolu" mövzusunda Beynəlxalq konfrans keçirilmişdir

İyunun 20-də Bakıda İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə Azərbaycan Respublikasında antiinhisar orqanının yaradılmasının 20 illiyi ilə əlaqədar "İqtisadiyyatın inkişafında antiinhisar siyasətinin rolu" mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.
Konfransda yerli hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, Avropa və MDB ölkələrinin antiinhisar orqanlarının rəhbər işçiləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri, elm xadimləri və digər qonaqlar iştirak etmişlər.
Konfransı giriş sözü ilə iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova açaraq Azərbaycanda həyata keçirilən antiinhisar siyasətinin mahiyyəti, onun bazar iqtisadiyyatına verdiyi töhfələr barədə danışmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar nəticəsində ölkəmiz bazar prinsiplərinə əsaslanan və davamlı inkişaf edən, transmilli layihələrdə fəal iştirak edən, qlobal böhran proseslərinin fəsadlarına qarşı dayanıqlı iqtisadiyyata malik olan dövlətə, Cənubi Qafqaz regionunun siyasi, iqtisadi, mədəni mərkəzinə çevrilmişdir. Nazir müavini bu nailiyyətlərin əldə edilməsində həyata keçirilən antiinhisar siyasətinin və orqanının fəaliyyətini yüksək qiymətləndirmişdir.
Sonra Azərbaycan Respublikasının İqtisadi Siyasət Məsələləri üzrə Dövlət Müşaviri Xidmətinin iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxumuşdur.
MDB İcraiyyə Komitəsinin nümayəndəsi, Antiinhisar siyasəti üzrə Dövlətlərarası Şuranın katibliyinin rəhbəri Azam Usmanov Birlik ölkələrində keçirilən antiinhisar tədbirləri, qəbul olunmuş sənədlər barədə məlumat vermişdir. A.Usmanov Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (ASİHM) sabiq və hazırkı rəisləri Raqib Quliyev və Zahid İsayevi bu sahədə göstərdikləri xidmətlərə görə təmsil etdiyi qurumun adından təltif etmişdir.
ASİHM-in rəisi Z.İsayev rəhbərlik etdiyi qurumun tarixi və fəaliyyəti barədə təqdimatla çıxış etmişdir.
GİZ-in Bakı ofisinin direktoru Henninq Tvesten aparılan müzakirələrin və təcrübə mübadiləsinin rəqabətin qorunması sahəsində biliklərin artırılmasına xidmət edəcəyindən əminliyini ifadə etmişdir.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə də konfrans iştirakçılarını yubiley münasibətilə təbrik etmiş, xidmətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tövsiyələrini vermişdir.
Konfrans digər çıxışlar və təqdimatlarla davam etmişdir.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında