Dünya Bankının dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılmışdır

İyunun 19-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Dünya Bankının Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Əsəd Alamın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, Əsəd Alam Dünya Bankı ilə Azərbaycan hökuməti arasında qarşılıqlı münasibətlərin inkişafına göstərdiyi xüsusi diqqətə görə Baş nazir Artur Rasizadəyə dərin təşəkkürünü bildirərək ölkəmizdə fəaliyyət göstərməsindən məmnunluğunu ifadə etmişdir. O, Dünya Bankının Cənubi Qafqaz üzrə yeni təyin olunmuş regional direktoru Henri Keralini Azərbaycanın Baş nazirinə təqdim etmişdir.
Görüşdə Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılmış, əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru Henri Kerali təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığının bundan sonra da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulamışdır.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında