Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir

İyunun 19-da "Hilton-Baku" otelində Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə keçirilən tədbir Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil edilmişdir. 
Azərbaycanlı və rusiyalı sahibkarların işgüzar görüşü Rusiya Federasiyası Kabarda-Balkar Respublikası Baş nazirinin müavini Kazım Uyanayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçirilmişdir.
Forumu giriş sözü ilə açan Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizin qazandığı sosial-iqtisadi nailiyyətlər barədə məlumat verərək demişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilmiş, sahibkarlıq fəaliyyəti genişlənmiş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Görülən genişmiqyaslı işlər ölkəmizin iqtisadi imkanlarını daha da artırmış, Azərbaycan investisiya ixrac edən ölkəyə çevrilmişdir.
Niyazi Səfərov qeyd etmişdir ki, iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin 2011-ci ilin noyabr ayında Rusiya Federasiyasının Şimali Qafqaz regionunda (Dağıstan, Çeçenistan, İnquşetiya və s.) investisiya imkanlarının araşdırması məqsədi ilə səfərdə olmuşdur. Bu gün keçirilən biznes forum da Azərbaycan və Rusiya Federasiyasının regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün atılan növbəti addımdır.
Kabarda-Balkar Respublikası Baş nazirinin müavini Kazım Uyanayev təmsil etdiyi bölgənin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu demişdir və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi və Kabarda-Balkar Respublikasına investisiya qoyuluşu imkanları barədə məlumat vermişdir.
Sonra Azərbaycan və Kabarda-Balkar iqtisadiyyatı, biznes və investisiya imkanları barədə təqdimatlar keçirilmişdir. Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir. Görüşlərdə işgüzar əlaqələrin inkişaf perspektivləri müzakirə edilmişdir.
Forumda sanatoriya-kurort, sənaye, metallurgiya, müxtəlif avadanlıqlar, rentgen aparatları istehsalı sahələrində və digər sektorlarda çalışan sahibkarlar iştirak etmişlər.
İyunun 21-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, Azərbaycanın sənaye müəssisələri ilə tanış olacaqdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında