Beynəlxalq konfransda "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasının hazırlanması ilə bağlı mühüm məsələlər müzakirə olunmuşdur

İyunun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda "Azərbaycan 2020: gələcəyə baxış ictimai-humanitar elmlərin inkişafı kontekstində (yaxın gələcəyin proqnozlaşdırılması problemləri)" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
İnstitutun direktoru, professor İlham Məmmədzadə bildirmişdir ki, Prezident İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli sərəncamı ilə müvafiq dövlət orqanlarına ölkəmizin gələcək inkişafının əsaslarını müəyyənləşdirəcək "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasının hazırlanması tapşırılmışdır. Bugünkü tədbir də konsepsiya kontekstində keçirilir.
İnstitutun direktoru Prezident İlham Əliyevin ölkənin yaxın gələcəyinin proqnozlaşdırılması üzrə təşəbbüsünün əhəmiyyətini, ictimai-humanitar elmlərin inkişafına müsbət təsirini vurğulamışdır. Qeyd edilmişdir ki, proqnozlaşdırmanın nəzəriyyə və təcrübəsi elmlərarası müzakirələri tələb edir. Eyni zamanda, proqnozlaşdırmada fəlsəfənin rolu müəyyənləşir, o, elmlərarası və proqnostik tədqiqatların, hər bir konkret elmdə istifadə edilən məfhumların məzmunlarının konkretləşdirilməsi dili kimi çıxış edir.
AMEA-nın akademik-katibi, akademik Vaqif Fərzəliyev vurğulamışdır ki, Prezident İlham Əliyev Azərbaycanın 2020-ci ilə istiqamətlənmiş inkişaf konsepsiyasının hazırlanması ilə əlaqədar çox əhəmiyyətli sərəncam imzalamışdır. Sərəncamda inkişafımızın növbəti illərdə əsas istiqamətləri və bu inkişaf nəticəsində qarşıya qoyulan hədəflərin konsepsiya şəklində müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur.
V.Fərzəliyev qeyd etmişdir ki, akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində humanitar sahədə qarşıya bir sıra mühüm vəzifələr qoyulmuşdur. AMEA-nın müvafiq institut və təşkilatları həmin vəzifələri yerinə yetirməyə çalışırlar.
Konfransda filosofların, politoloqların, sosioloqların, iqtisadçıların və hüquqşünasların yaxın gələcəyin proqnozlaşdırılması üçün metodologiyanın və metodiki vasitələrin işlənilməsi məqsədi ilə müştərək fəaliyyətlərinin tənzimlənməsi və digər məsələlər müzakirə olunmuşdur.
Moskva Sosial-Psixologiya Universitetinin professoru Viktor Qriqoryev və Moskva Humanitar Universitetinin professoru Nikolay Şuruxnov mövzuya dair məruzələrlə çıxış etmişlər.
Tədbirdə "Gələcək Azərbaycanın təşəkkülündə modernləşmə xətti və onun vəzifələri", "Azərbaycanın inkişaf konsepsiyası və hüquq elminin əsas vəzifələri", "Azərbaycanda elmi monitorinqin perspektivləri" və digər mövzularda məruzələr dinlənilmişdir.
Konfransda alimlərimizin proqnozlaşdırma üzrə beynəlxalq işçi qruplarının, klub və kooperasiyaların işinə cəlb edilməsinə ciddi ehtiyac yarandığı vurğulanmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanın dinamik inkişafı ölkə alimlərinin bu sahədə fəallığını nəzərdə tutur.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında