Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 5 və 10 saylı xəzinədarlıq idarələrinin yeni inzibati binaları istifadəyə verilmişdir

İyunun 14-də, Milli Qurtuluş Günü ərəfəsində Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 10 saylı Xəzinədarlıq İdarəsinin inzibati binasının açılış mərasimi keçirilmişdir. Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, mərasimdə iştirak edən maliyyə naziri Samir Şərifov rəmzi açılış lentini kəsərək inzibati bina və burada yaradılmış iş şəraiti ilə tanış olmuşdur. 
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2 ünvanında yerləşən yeni inzibati bina müasir standartlara uyğun inşa edilmiş və burada normal iş fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Ümumi sahəsi 576 kvadratmetr olan binada bütün otaqlar kompyuter və ən müasir zəruri avadanlıqla təmin edilmişdir. Bu da büdcə təşkilatlarına göstərilən xəzinə xidmətinin keyfiyyətini və çevikliyini artırır. İdarə paytaxtın bu hissəsində 60-dan çox büdcə təşkilatına xidmət göstərir.
Açılış mərasimində çıxış edən maliyyə naziri S.Şərifov bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan inkişaf edir və qüdrətlənir. Ölkə miqyasında həyata keçirilən tikinti-quruculuq işləri bütün sahələri əhatə edir. Nazir qeyd etmişdir ki, son illərdə Maliyyə Nazirliyi əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması, eyni zamanda, nazirliyin tabeliyində olan qurumların müstəqil inzibati binalarla təmin olunması istiqamətində ciddi işlər görülür.
İyunun 14-də nazir Samir Şərifovun və Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun iştirakı ilə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 5 saylı Xəzinədarlıq İdarəsinin də yeni inzibati binası istifadəyə verilmişdir.
Mərasim iştirakçıları əvvəlcə Qaradağ rayonunun Lökbatan qəsəbəsində Heydər Əliyev adına parkda ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşlar.
Rəmzi açılış lenti kəsildikdən sonra iştirakçılar inzibati bina və burada yaradılmış iş şəraiti ilə tanış olmuşlar.
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi - 20-də yerləşən, ümumi sahəsi 580 kvadratmetr olan bu inzibati bina da ən müasir üslubda inşa edilmiş və lazımi avadanlıqla təmin edilmişdir. İdarə hazırda 60-a yaxın büdcə təşkilatına xidmət göstərir.
Kollektivi yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik edən S.Şərifov əmin olduğunu bildirmişdir ki, öz növbəsində, idarə əməkdaşları qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında