Naxçıvan şəhərində "Cahan Holdinq"in avtomobillərə texniki xidmət müəssisəsi və satış mərkəzi istifadəyə verilmişdir

İyunun 8-də Naxçıvan şəhərində "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqının avtomobillərə texniki xidmət müəssisəsi və satış mərkəzi istifadəyə verilmişdir. 
Bu münasibətlə təşkil olunmuş mərasimdə çıxış edən "Cahan Holdinq"in direktoru Vüqar Abbasov bildirmişdir ki, muxtar respublikada sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı nəticəsində əlverişli biznes mühiti formalaşmışdır. 1995-ci ildən fəaliyyətə başlayan "Cahan Holdinq" Şirkətlər İttifaqı ərzaq məhsulları, tikinti materialları istehsal edən zavod və fabriklərlə yanaşı, yeni xidmət sahələrinin yaradılmasına da nail olmuşdur.
2011-ci ildən tikintisinə başlanılan avtomobillərə texniki xidmət müəssisəsi və satış mərkəzinin yaradılmasına 3 milyon manatdan artıq vəsait sərf olunduğunu bildirən Vüqar Abbasov göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirmişdir.
Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov avtomobillərə texniki xidmətin göstərilməsinin və satışının təşkilinin muxtar respublika üçün vacib sahələrdən biri olduğunu bildirmiş, texniki xidmət müəssisəsi və satış mərkəzinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmişdir. Ali Məclisin sədri demişdir ki, sahibkarlığın inkişafı üçün ayrılan kreditlər yeni müəssisələrin yaradılmasına, iş yerlərinin açılmasına, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılmasına, bir sözlə, muxtar respublikamızın inkişafına sərf olunur. Təkcə bu ilin 5 ayı ərzində muxtar respublikada sahibkarlığın inkişafına kömək məqsədilə kənd təsərrüfatı, sənaye və digər sahələr üzrə 15 milyon manata yaxın kredit ayrılmışdır.
Ali Məclisin sədri yeni müəssisənin yaradılmasında iştirak edənlərə təşəkkürünü bildirmiş, kollektivə uğurlar arzulamış və Mərkəzin açılışını bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, ümumi sahəsi 800 kvadratmetr olan müəssisə Cənubi Qafqazda ən böyük xidmət sahəsidir. Burada qəbul bölməsi, iş otaqları, ikimərtəbəli satış salonu, ehtiyat hissələrinin satışı mağazası, müxtəlif profilli təmir bölmələri, anbarlar, yuyucu bölmə və 120 yerlik yeməkxana vardır.
İkimərtəbəli satış salonunda müxtəlif markalı avtomobillərin satışı həyata keçiriləcəkdir. Bununla da muxtar respublika sakinləri xaricə getmədən həmin ölkələrdə istehsal olunan avtomobilləri münasib qiymətlərə ala biləcəklər. İtaliya, Almaniya, Türkiyə və İsveç istehsalı olan avadanlıqlarla təchiz edilmiş təmir bölmələrində kənd təsərrüfatı texnikası, minik və yük avtomobillərinə texniki xidmət göstəriləcəkdir. Mərkəzdə gün ərzində 80 avtomobilə yüksək səviyyədə texniki xidmət göstərmək imkanı vardır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında