BMT: MDB-də iqtisadi artım zəifləyəcək

Bu il MDB ölkələrində iqtisadi artım tempi müəyyən dərəcədə zəifləyərək 4,3%-ə bərabər olacaq.
"APA-nın məlumatına görə, bu barədə BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin "Beynəlxalq iqtisadi vəziyyət və onun perspektivləri" icmalında deyilir. Qeyd edək ki, ötən il MDB regionunda iqtisadi artım 4,8% təşkil edib.
İcmala əsasən, MDB ölkələrində iqtisadi artım əsasən neft və qazın bahalaşması ilə bağlı olub. Ərzaq və yanacağın da bahalaşması ilə əlaqədar ötən il sürətlənən inflyasiyadan sonra bu il regionda inflyasiya azalacaq. Həmçinin bildirilir ki, Yunanıstanda kəskinləşən borc böhranı dünya iqtisadiyyatı üçün ən böyük təhlükə olaraq qalır. Ümumiyyətlə, Avrozonadakı borc böhranı maliyyə bazarlarında ciddi sarsıntılara səbəb ola bilər. Bu baxımından İspaniya və İtaliyada vəziyyət daha təhlükəli görünür.
İcmalda deyilir ki, son aylar ərzində müəyyən yaxşılaşma əlamətlərinə baxmayaraq, dünya iqtisadi mənzərəsi hələ də qənaətbəxş deyil.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında