MDB üzvü olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 19-cu iclası

Bakıda MDB üzvü olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 19-cu iclası keçirilmişdir. Tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, sonra Şəhidlər Xiyabanına gələrək şəhidlərimizin xatirəsini anmışlar.
Koordinasiya Şurasının iclasında MDB iştirakçısı olan dövlətlərdən Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna vergi xidmətlərinin, həmçinin müşahidəçi qismində Latviya, Litva və Koreya respublikalarının vergi orqanlarının rəhbər vəzifəli şəxsləri və MDB İcraiyyə Komitəsinin səlahiyyətli nümayəndələri iştirak etmişlər.
MDB üzvü olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının sədri, Ukrayna Dövlət Vergi Xidmətinin sədri Aleksandr Klimenko qurumun ötən bir il ərzində fəaliyyəti haqda məlumat vermiş, əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır.
Azərbaycan Respublikasının vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov iclas iştirakçılarını salamlayaraq bu tədbirin ölkəmizdə artıq 3-cü dəfə keçirilməsindən məmnunluğunu ifadə etmişdir. Nazir müavini bu görüşün tərəflər arasında əlaqələrin, habelə tədbirin gündəliyi çərçivəsində qəbul olunmuş qərarların əməkdaşlığın inkişafına güclü təkan verəcəyinə inandığını bildirmişdir.
Azərbaycanın vergi sistemində həyata keçirilən islahatlardan danışan S.Ələkbərov bildirmişdir ki, ölkəmizdə dövlət müstəqilliyinin bərpasından keçən 20 il ərzində planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçidlə bağlı çox uğurlu layihələr reallaşdırılmışdır. Özəl sektorun ümumi daxili məhsulda payı 80 faizi ötmüşdür. 1995-ci ildən Azərbaycan iqtisadiyyatına 120 milyard dollardan, o cümlədən neft sektoruna 50 milyard dollardan artıq investisiya qoyulmuşdur.
S.Ələkbərov son 8 ildə ümumi daxili məhsulun və sənaye istehsalının 3 dəfə artdığını, yoxsulluq səviyyəsinin 49 faizdən 7,6 faizə endiyini, bir milyondan çox yeni iş yerinin açıldığını diqqətə çatdırmışdır. Vurğulamışdır ki, Azərbaycanda reallaşdırılan layihələr ölkə hüdudlarından kənarda da böyük maraqla qarşılanır, beynəlxalq maliyyə institutları respublikamızda görülən işləri dəstəkləyirlər. Son illər ərzində "Standard & Poor's", "Fitch" və "Moody's" kimi institutlar dəfələrlə ölkəmizin maliyyə reytinqini yüksək qiymətləndirmişlər.
Beynəlxalq əməkdaşlıq məsələlərinə daim önəm verildiyini bildirən nazir müavini bu gün Azərbaycanın bir çox beynəlxalq institutlarla, o cümlədən MDB-nin müxtəlif strukturlarında digər üzv dövlətlərlə fəal əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır.
Ölkədə informasiya-komunikasiya texnologiyalarının inkişafı istiqamətində görülən işlərə toxunan S.Ələkbərov kosmik sənayenin qurulması, "e-hökümət"in tətbiqi sahəsində əldə olunan uğurlar barədə də məlumat verərək qeyd etmişdir ki, növbəti 10 ildə hökumət qarşısında qoyulmuş başlıca vəzifə son 8 ildə 3 dəfə artmış ümumi daxili məhsulun daha 2 dəfə artırılmasına nail olmaqdır.
İclas zamanı iştirakçı dövlətlərin vergi orqanlarının fəaliyyətlərinin əsas iqtisadi göstəriciləri, kiçik sahibkarlıq subyektləri tərəfindən xüsusi vergi rejimlərinin tətbiqi, əmlak vergisinin inzibatçılıq prosedurlarının sadələşdirilməsi və digər məsələlər müzakirə edilmişdir. Tədbirdə həmçinin MDB-nin İqtisadi İnkişaf Strategiyasının birinci mərhələsinin (2009-2011) həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının yerinə yetirilməsi və s. məsələlərlə bağlı məlumat mübadiləsi aparılmış, Şuraya sədrlik rotasiya prinsipinə uyğun olaraq növbəti bir il üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinə keçmişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında