Azərbaycanın və Latviyanın Kənd Təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır

Azərbaycanda səfərdə olan Latviyanın kənd təsərrüfatı naziri xanım Laymdota Strauyuma kənd təsərrüfatı naziri İsmət Abasov ilə görüşmüşdür. 
Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələri və perspektivləri müzakirə edilmişdir.
İ.Abasov qonağa ölkəmizdəki sosial-iqtisadi vəziyyət, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində aqrar sahədə əldə olunmuş nailiyyətlər və bu sahəyə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat vermişdir.
Bildirmişdir ki, təkcə son bir il ərzində Azərbaycanda kənd təsərrüfatı istehsalında 5,4 faiz artım olmuşdur. Bu da ölkəmizi özünü kənd təsərrüfatı məhsulları ilə təmin etməsinə kifayət edir. Ölkə əhalisinin 38 faizi kənd təsərrüfatı ilə məşğul olur.
Latviya ilə aqrar sahədə əlaqələrə toxunan azərbaycanlı nazir ölkəsindən Latviyaya əsasən meyvə-tərəvəz, bostan, emal olunmuş kənd təsərrüfatı məhsulları ixrac edildiyini demişdir. Latviyadan isə ölkəmizə heyvandarlıq, ət, süd və digər kənd təsərrüfatı məhsulları gətirilir.
Latviyanın kənd təsərrüfatı naziri xanım L.Strauyuma Azərbaycanı Cənubi Qafqazda prioritet ölkə adlandıraraq əlavə etmişdir ki, Latviya kənd təsərrüfatı sahəsində dövlətimizlə əməkdaşlıqda maraqlıdır. İmzalanacaq memorandum iki ölkə arasında ticarət əməliyyatlarının artırılmasına töhfəsini verəcəkdir.
Sonda "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanmışdır.
Sənədi İsmət Abasov və Laymdota Strauyuma imzalamışlar.
Memorandum haqqında şərh verən nazir İ.Abasov diqqətə çatdırmışdır ki, bu sənəd iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrinin daha da güclənməsinə töhfəsini verəcəkdir. Yaxın zamanda Latviya ilə baytarlıq və fitosanitariya sahəsində iki sazişin imzalanması da gözlənilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında