ARDNŞ ilə "Petrovyetnam" şirkəti arasında müqavilə imzalanmışdır

Azərbaycanda neftin sənaye üsulu ilə işlənməsinə başlanmasından 165 ilə yaxın vaxt ötsə də, ölkəmizin quru və dəniz sahələrində çıxarılması mümkün olan ehtiyatlar hələ tükənməyib. 
Hazırda ölkəmizin quru və dəniz əraziləri üzrə qazmaya hazırlanmış fondda 40-dan çox struktur mövcuddur. Məhz buna görədir ki, beynəlxalq şirkətlər bu gün də Azərbaycanın neft sənayesinə maraq göstəririlər. Təsadüfi deyil ki, "Əsrin müqaviləsi"nin imzalandığı 1994-cü ildən ötən dövr ərzində Azərbaycandakı mövcud yataq və perspektiv strukturlarının xarici neft şirkətləri ilə birgə işlənməsinə dair hasilatın pay bölgüsü tipli 33 saziş imzalanmışdır. Ötən illər ərzində dünyanın 20 ölkəsini təmsil edən 53 enerji şirkəti quruda və Xəzərin Azərbaycan sektorunda yerləşən yataqlar üzrə aparılan neft-qaz əməliyyatlarına cəlb olunmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bu istiqamətdə işləri uğurla davam etdirir. Şirkətin baş ofisində Azərbaycan Respublikasının quru ərazilərində "Muradxanlı", "Cəfərli" və "Zərdab" neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas ticari prinsipləri və müəddəalarına dair müqavilə imzalanmışdır.
ARDNŞ və Vyetnamın "Vyetnam Oyl and Qaz Qrup" şirkəti ("Petrovyetnam") arasında müqaviləni Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və "Petrovyetnam" şirkətinin vitse-prezidenti Nguyen Vu Truong Son imzalamışlar. İmzalanma mərasimində çıxış edən ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin tarixindən danışmış, Vyetnamın enerji sektorunun inkişafında Azərbaycan neftçilərinin mühüm rol oynadığnı qeyd etmişdir. "Petrovyetnam" şirkətinin vitse-prezidenti Nguyen Vu Truong Son isə öz növbəsində müqavilənin hazırlanması prosesinə göstərilən diqqətə görə ARDNŞ rəhbərliyinə minnətdarlıq etmiş, əmin olduğunu bildirmişdir ki, tezliklə birgə səylər nəticəsində "Muradxanlı", "Cəfərli" və "Zərdab" neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin imzalanmasına nail olunacaqdır. Tərəflər həmçinin, bu müqavilənin iki dövlət arasında iqtisadi münasibətlərin genişlənməsinə mühüm töhfə verəcəyini söyləmişlər.
Xatırladaq ki, "Muradxanlı-Cəfərli-Zərdab" bloku Yevlax-Ağcabədi neftli-qazlı rayonunda, İmişli rayonunun inzibatı ərazisində yerləşir. Saziş sahəsinə daxil olan "Muradxanlı" yatağı 1971-ci ildə, "Cəfərli" yatağı 1984-cü ildə, "Zərdab" yatağı isə 1981-ci ildə kəşf edilmişdir. Ötən müddətdə həmin yataqlarda 183 quyu qazılmış və işlənmənin əvvəlindən 3,4 milyon ton neft və 100 milyon kubmetr qaz hasil edilmişdir. Blokun çıxarıla bilən qalıq neft ehtiyatları 1,8 milyon ton, qalıq qaz ehtiyatları isə 36 milyon kubmetr həcmində qiymətləndirilir. 2011-ci ildə yataqlardan 26 min ton neft çıxarılmışdır. Hazırda blok üzrə istismar fondunda 77 quyu var. Həmin quyuların 64-ü istismar fondundadır.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında