"Nabucco" konsorsiumu Azərbaycan qazının nəqli üçün yeni kəmər təklif edir

"Nabucco Gas Pipeline International" konsorsiumu "Şahdəniz" konsorsiumuna Türkiyə-Bolqarıstan sərhədindən Avstriyanın Baumqarten şəhərinə Azərbaycan qazını çatdıracaq "Nabucco West" qaz boru kəməri üzrə təklifləri təqdim edib.
"Nabucco" konsorsiumdan "APA-ECONOMICS ttp://economics.apa.az"a verilən məlumata görə, "Nabucco Gas Pipeline International"ın icraçı direktoru Reynhard Mitçek bildirib ki, bu təklif rəqabət qabiliyyətli və hərtərəflidir.
Qeyd edək ki, "Nabucco West" layihəsi "Nabucco" layihəsinin dəyişdirilmiş formasıdır. "Nabucco" layihəsi Xəzər qazını Azərbaycandan Türkiyə ərazisindən Avropaya çatdırılmasını nəzərdə tuturdu, "Nabucco West" layihəsi isə yalnız Türkiyə-Bolqarıstan sərhədindən Avropaya nəqli nəzərdə tutur.
Xatırladaq ki, Türkiyə ərazisindən qaz Azərbaycan və Türkiyənin təsisçiliyi inşası planlaşdırılan Trans-Anadolu qaz boru kəməri ilə Bolqarıstana çatdırılacaq. "Nabucco West" boru kəmərinin uzunluğu 1,3 min km təşkil edəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında