POS-terminalların quraşdırılması istiqamətində görülən işlərlə bağlı toplantı keçirilmişdir

Mayın 16-da əhali ilə nağdsız hesablaşmaların aparılması, POS-terminallarınn quraşdırılması istiqamətində görülən işlərlə bağlı Vergilər, İqtisadi İnkişaf, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, eləcə də Mərkəzi Bankın rəhbər vəzifəli şəxslərinin, bank və biznes sektorunun nümayəndələrinin iştirakı ilə toplantı keçirilmişdir.
Tədbirdə ölkə iqtisadiyyatında nağdsız ödənişlərin xüsusi çəkisinin artırılması, alqı-satqı əməliyyatları üzrə hesablaşmalarda plastik kartlardan istifadənin genişləndirilməsi, pos-terminalların quraşdırılması istiqamətində görülən işlərlə bağlı məsələlər müzakirə edilmişdir.
Toplantıda çıxış edən vergilər naziri Fazil Məmmədov "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2010-cu il tarixli Fərmanında, eləcə də ölkə başçısının sədrliyi ilə 14 yanvar 2011-ci il tarixində keçirilmiş Nazirlər Kabinetinin 2010-cu ilin sosial iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aidiyyati dövlət qurumlarına ölkə ərazisində aparılan əməliyyatların nağdsız qaydada həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icra vəziyyəti barədə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, bu istiqamətdə görülən işlərin icrasına nəzarət etmək məqsədilə xüsusi qərargah yaradılmışdır. Bu qərargahın fəaliyyəti, işlərin koordinasiyalı şəkildə qurulması, eləcə də prosessinq mərkəzləri ilə aparılmış danışıqlar nəticəsində POS-terminalların qeydiyyatı, quraşdırılması və tətbiqi prosesinin sadələşdirilməsi ümumilikdə ticarət və xidmət obyektlərinin POS-terminallarla təchiz olunması prosesinə təkan vermiş, qısa müddət ərzində ciddi dəyişikliklərə nail olunmuşdur.
Bank ekvayerlərinin prosesə fəal şəkildə qoşulması nəticəsində ölkəyə zəruri sayda POS-terminal gətirilmiş, 2012-ci ilin fevral ayından 2012-ci ilin may ayının 15-dək Bakı şəhərində 14 min obyektdə 17 mindən çox pos-terminal qeydiyyatdan keçirilmişdir.
Bütövlükdə Bakı şəhəri və turizm xəritəsinə aid olan mərkəzlərdə fəaliyyət göstərən mehmanxanalarda, ticarət, iaşə, istirahət və əyləncə obyektlərində, taksilərdə, yanacaqdoldurma məntəqələrində, tibb xidməti göstərən, əczaçılıq mallarının satışı ilə məşğul olan obyektlərdə və digər sahələrdə pos-terminalların quraşdırılması işi əsasən yekunlaşdırılmışdır. Hazırda respublika üzrə 26443 obyektdə 30940 aktiv pos-terminal qeydiyyata alınmışdır ki, bunun da 93,7 %-i və ya 28976 ədədi Bakı şəhərinin ərazisində yerləşən obyektlərdədir.
Nəqliyyat sektorunda da pos-terminalların quraşdırılması işləri sürətlə davam etdirilir. Hazırda 830-dan yuxarı taksidə pos-terminalların quraşdırılması başa çatmışdır. Qeyd edilmişdir ki, nəqliyyat vasitələrində tətbiq olunan pos-terminallar beynəlxalq tranzaksiya sisteminə inteqrasiyanı dəstəkləməklə yanaşı, onlardan istifadə edən şəxslərin xarici bank hesabları üzrə plastik kartlarını oxumaq imkanına da malikdir.
Tədbirdə bildirilmişdir ki, vətəndaşların elektron ödəniş sistemlərindən istifadəsi sahəsində maarifləndirmə siyasəti də mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə nağdsız ödənişlərin stimullaşdırılması və pos-terminallardan istifadə barədə əhalinin məlumatlandırılması və maarifləndirilməsinə dair xüsusi Tədbirlər Planı hazırlanıb həyata keçirilmişdir. Həmin plan çərçivəsində vergi ödəyicilərinin və əhalinin fəal maarifləndirilmə işinə başlanmış, nağdsız hesablaşmaların üstünlükləri, ödəniş kartları və POS-terminallara dair 30 mindən yuxarı kitabça və buklet hazırlanaraq aidiyyəti üzrə paylanmışdır. Nağdsız hesablaşmaların üstünlüklərini təbliğ etmək üçün kütləvi informasiya vasitələrinin imkanları səfərbər edilmiş, reklam çarxları hazırlanmış, sosial şəbəkələrdə təbliğat işi gücləndirilmişdir.
Qısa bir müddət ərzində olduqca geniş miqyaslı işlər görülməsinə baxmayaraq, tədbir iştirakçıları bu prosesin davamlı xarakter daşımasının vacibliyini vurğulamışlar. Qeyd olunmuşdur ki, nağdsız ödəmələrin aparılması üçün müvafiq infrastruktur yaradılsa və son illər ölkəmizdə plastik kartların sayının bir neçə dəfə artaraq 4,6 milyon nəfərə çatsa da, onlardan istifadə hələ lazımi səviyyədə deyildir.
Toplantıda nağdsız ödənişlərin həcminin artırılması, POS-terminallardan istifadə olunan obyektlərin əhatə dairəsinin genişləndirilməsi sahəsində müvafiq strukturların üzərinə düşən işlərin koordinasiyası ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov elektron xidmətlər və mobil texnologiyaların tətbiqi sahəsində son aylar aparılan işlər barədə məlumat verərək bildirmişdir ki, rabitə sektoru da nağdsız ödəmələrin genişləndirilməsinə öz töhfəsini verməkdədir.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov nağdsız ödənişlərin genişləndirilməsinin ölkə iqtisadiyyatı üçün mühüm aspektləri barədə danışmış, təmsil etdiyi qurumun bu sahədə gördüyü işlərə toxunmuşdur.
Nəqliyyat nazirinin müavini Musa Pənahov nəqliyyat sahəsində nağdsız ödəmələrin tətbiq sahəsinin genişləndirilməsi ilə bağlı məsələlərə toxunmuş, taksilərdə, dəmir yolu sahəsində POS-terminalların tətbiqi, sürücülərin maarifləndirilməsi sahəsində aparılan işlər barədə danışmışdır.
Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev isə son dövrlərdə nağdsız ödəmələrin infrastrukturunun genişləndirilməsi sahəsində aparılan işlərin, qısa müddət ərzində böyük sayda POS-terminalların qurulmasının əhəmiyyətini vurğulamışdır. Prosesin banklar və prosessinq mərkəzləri tərəfindən də dəstəklənməsinin davam etdirilməsinin, vətəndaşların maarifləndirilməsi prosesinə bankların daha fəal qoşulmalı olduğunun vacibliyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, nağdsız ödəmələrin genişləndirilməsi sahəsində bu gün aparılan işlər gələcəkdə bank sektorunun inkişafına da öz müsbət təsirini göstərəcəkdir.
Toplantıda biznes və bank sektorunun nümayəndələri də çıxış edərək məsələ ilə bağlı öz fikir və təkliflərini söyləmişlər.

{nl}

"Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında