"AtaBank" səyyar xidmət göstərəcəkdir

1993-cü ildən bank sektorunda fəaliyyət göstərən və bir çox lahiyələrdə yenilikçi olan "AtaBank" ASC növbəti layihəsini hazırlamışdır. "AtaMatik" adı verilmiş layihə həyata keçirilərək bank xidmətləri göstərilməyən, bankomat quraşdırılmayan ərazilərdə əhaliyə bu xidmətlər səyyar şəkildə göstəriləcəkdir.
Bu məqsədlə bank xüsusi, yüksək keçmə qabiliyyətinə malik və daxilinə banomatlar quraşdırılmış avtomobillər almışdır. Həmçinin avtomobillər fasiləsiz enerji təchizatı üçün generator, işıqlandırma və rahat istifadə üçün digər qurğularla təmin olunmuş, bankomata texniki xidmət, əməliyyata nəzarət, təhlükəsizlik xidməti və sürücüdən ibarət işçi heyəti yaradılmışdır.
Pilot olaraq layihə Şəmkir rayonunun Düyərli və Gədəbəy rayonunun Zəhmət kəndlərində həyata keçiriləcəkdir. Müvafiq icra qurumları ilə birlikdə hazırlanmış iş qrafikinə uyğun olaraq ehtiyac olan məntqələrdə müntəzəm xidmət təmin ediləcəkdir.Gələcəkdə bu xidmətin əhatə dairəsini genişləndirmək və təkmilləşdirmək məqsədilə ixtisaslaşdırılmış xüsusi avtomobillərin alınması və səyyar şöbə formasında xidmətlərin göstərilməsi planlaşdırılır.
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında