Dövlət Statistika Komitəsində ölkə üzrə birinci rübün yekunları müzakirə olunmuşdur

Aprelin 23-də Dövlət Statistika Komitəsində (DSK) "2012-ci ilin I rübündə ölkənin sosial-iqtisadi inkişafının yekunları"na həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
Tədbirdə DSK sədri Arif Vəliyev birinci rübdə ölkənin sosial-iqtisadi sahələrində baş vermiş dəyişikliklər, iqtisadiyyatın inkişafı və sosial sferada irəliləyişlər haqqında statistik məlumatları diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, yanvar-mart aylarında ölkədə hüquqi şəxslərin sayı artmaqda davam etmiş və qeydiyyatdan keçmiş 1169 hüquqi şəxsin 53-ü dövlət mülkiyyətinə, 985-i xüsusi mülkiyyətə, 104-ü tam xarici investisiyalı, 27-si isə birgə müəssisələrə aid olmuşdur.
Yeni müəssisələrin 58,9 faizi Bakıda, 13,7 faizi Aran, 7,2 faizi Abşeron və 6 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir.
Vergilər Nazirliyinin məlumatına əsasən, bu müddətdə 16 min 659 fiziki şəxs qeydiyyatdan keçmişdir. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala, Yuxarı Qarabağ və Lənkəran iqtisadi rayonlarında qeydiyyata alınmışlar.
Hesabat dövründə ölkənin tikinti kompleksində dinamik inkişaf davam etmiş, bütün maliyyə mənbələrindən əsas kapitala 2,1 milyard manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,5 faiz çox vəsait yönəldilmiş, onun 72,8 faizi daxili mənbələr hesabına təmin edilmişdir. Sərf edilmiş sərmayələrin 47,1 faizi məhsul istehsalı, 52,9 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 56,3 faizini təşkil etmişdir.
Yanvar-fevral aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 111 xarici dövlətlə ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 7406,1 milyon ABŞ dolları təşkil etmiş, onun 1333,5 milyon dolları idxalın, 6072,6 milyon dolları ixracın payına düşmüş, 4739,1 milyon dollarlıq müsbət saldo yaranmışdır. Qeyri-neft məhsullarının ixracı 222,7 milyon dollar dəyərində olmuş və 2011-ci ilin yanvar-fevral aylarının səviyyəsini 6,6 faiz üstələmişdir.
Yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 4,1 milyard manat məbləğində və ya 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz çox istehlak malları satılmışdır.
A.Vəliyev, həmçinin məlumat vermişdir ki, komitə "elektron hökumət" layihəsi çərçivəsində üzərinə düşən məsələləri də icra etməkdədir. 2012-ci ilin sonunadək Azərbaycanda fəaliyyət göstərən orta və iri müəssisələr öz hesabatlarını komitəyə elektron formada təqdim edəcəklər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında