Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun Vaşinqtondakı ofislərində işgüzar görüşlər

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun Vaşinqtonda yerləşən mərkəzi ofislərində bir sıra işgüzar görüşlər keçirmişdir. 
Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Dünya Bankının Şərqi Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Filip Le Ueru ilə görüşdə Azərbaycandakı sosial-iqtisadi inkişaf, ölkə iqtisadiyyatının davamlı artım və şaxələndirilməsi, Dünya Bankı tərəfindən respublikamızda maliyyələşdirilən layihələrin icra vəziyyəti və yeni iqtisadi inkişaf strategiyasının müxtəlif istiqamətləri müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı ölkədə həyata keçirilən birgə layihələrin önəmini daha da artırır. Görüşdə tərəflər arasında əməkdaşlığın yaxşı səviyyədə olduğu vurğulanmış, Azərbaycanda son illər əldə edilən uğurlar və gələcəkdə görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Alamı ilə görüşdə isə bank tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə edilmişdir.
Maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktorunun müavini xanım Nemat Şafik və Fondun Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru Məsud Əhməd ilə də ayrı-ayrılıqda görüşlər keçirmişdir.
Görüşlərdə Azərbaycanda 2011-ci ilin iqtisadi yekunları və 2012-ci ilin makroiqtisadi prioritetləri və maliyyə sektorunun mövcud vəziyyəti müzakirə olunmuşdur. BVF-nin rəsmiləri ölkəmizdə müşahidə olunan iqtisadi artımı, makroiqtisadi və maliyyə sabitliyini müsbət qiymətləndirmişlər.
Azərbaycan Respublikasını Dünya Bankında təmsil edən icraçı direktor Yorq Friden və ölkəmizi Beynəlxalq Valyuta Fondunun İcra Ofisində təmsil edən icraçı direktor Rene Verber ilə də işgüzar görüşlər keçirən nazir S.Şərifov Azərbaycanın iqtisadi vəziyyəti barədə geniş məlumat vermiş, ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf proqramlarına Dünya Bankının və BVF-nin verdiyi töhfəni məmnunluqla qeyd etmişdir.
İcraçı direktorlar Yorq Friden və Rene Verber təmsil etdikləri beynəlxalq qurumların Azərbaycan ilə münasibətlərin yüksək səviyyədə olmasından məmnunluqlarını bildirmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında