Avropa İttifaqı energetikanın effektivliyinin artırılmasında Azərbaycana köməyini davam etdirməyə hazırdır

Bu il Avropa İttifaqının Azərbaycana "Energetika sahəsində islahatlara dəstək proqramı" başa çatır. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bunu "Energetika sahəsində islahatlara dəstək proqramı" çərçivəsində Avropa Komissiyası tərəfindən Azərbaycana ayrılmış 13 milyon avro məbləğində qrant proqramının ikinci mərhələsinin başlanmasına həsr edilmiş mətbuat konfransında demişdir. 
Roland Kobia qeyd etmişdir ki, bərpa olunan enerji mənbələrindən istifadə edilməsində tərəqqi müşahidə etsək də, energetik effektivlik səviyyəsinin artırılmasında irəliləyiş görmürük. Bununla əlaqədar Aİ Azərbaycanın energetika sektorunun mühüm aspekti hesab edilən bu məsələyə gələcəkdə xüsusi diqqət yetirməyə hazırdır. Energetik effektivliyin əsas məqsədi müvafiq texnologiyaları son istehlakçıya (şirkətlərə, ayrı-ayrı şəxslərə və s.) çatdırmaqdır. Məsələn, Bakıda çoxlu müasir binalar ucaldılır. Həmin binaların tikintisində energetik baxımdan daha səmərəli texnologiyalardan istifadə etmək olardı.
R.Kobia vurğulamışdır ki, Avropa İttifaqı "Energy Community" aləti, ticarətin dəstəklənməsi və "yaşıl" sertifikatlaşdırma sxemləri vasitəsilə, habelə əsas məqsədi böyük şəhərlərdə energetik effektivliyi artırmaqdan ibarət olan Avropa Şəhərləri Alyansında Azərbaycan şəhərlərinin iştirak etməsi yolu ilə Azərbaycana kömək göstərə bilər.
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMA) direktoru Akim Bədəlov bildirmişdir ki, energetik effektivlik bizim formalaşdırmaqda olduğumuz alternativ energetika sektorunun tərkib hissəsidir.
A.Bədəlov qeyd etmişdir ki, ABEMA-nın və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin yekdil rəyinə görə, ölkədə energetik effektivlik səviyyəsinin artırılması üzrə işləri məhz agentlik əlaqələndirməlidir. Bu məsələlər bizim hökumətə təqdim edəcəyimiz alternativ energetikanın inkişafına dair dövlət proqramının layihəsində öz əksini tapacaqdır.
"Energetika sahəsində islahatlara dəstək proqramı" Aİ-nin Azərbaycan üçün birinci büdcə dəstəyi proqramıdır. 2010-cu ildə başlanmış bu proqramın büdcəsi 14 milyon avroya bərabərdir. Hələlik bu məbləğin 6 milyon avrosu ayrılmışdır. Ümumi büdcədə 1 milyon avro proqramın icrasının təşkili üzrə işlər üçün, 13 milyon avro isə alternativ energetikanın və energetik effektivliyin inkişafı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuşdur. Proqram 2010-cu ildə həyata keçirilməyə başlanmış, 2011-ci ilin sentyabr ayında isə onun ilk monitorinqi keçirilmişdir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında