"Cənubi Qafqaz və Xəzər regionunda ABŞ-ın enerji siyasəti" mövzusunda "dəyirmi masa"

İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Cənubi Qafqaz və Xəzər regionunda ABŞ-ın enerji siyasəti" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Tədbirdə ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar məruzə ilə çıxış etmişdir. R.Morninqstar Azərbaycan-ABŞ münasibətləri, rəsmi Vaşinqtonun Avrasiya enerji strategiyası, enerji sahəsində əməkdaşlıq və onun inkişaf perspektivləri ilə bağlı məsələlərə toxunmuşdur. On beş ildir Azərbaycana səfər etdiyini deyən R.Morninqstar hər dəfə ölkəmizdə müşahidə etdiyi sürətli inkişafın onu valeh etdiyini diqqətə çatdırmışdır.
ABŞ ilə Azərbaycan arasında strateji əlaqələrin böyük əhəmiyyət daşıdığını qeyd edən qonaq, bu münasibətlərin digər sahələri də əhatə etdiyini vurğulamışdır.
Diplomat Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın həm hasilatçı, həm də tranzit ölkə olaraq mühüm rol oynadığını qeyd etmişdir. ABŞ-ın Xəzər regionundan Avropaya təbii qaz nəql edəcək "Cənub dəhlizi" layihəsinə böyük önəm verdiyini qeyd edən R.Morninqstar bu dəhlizin Avropaya yeni təchizat marşrutlarının açılmasına kömək edə biləcəyini diqqətə çatdırmışdır.
R.Morninqstar demişdir: "Təbii ki, Azərbaycan "Cənub dəhlizi"nin ayrılmaz bir hissəsidir. Xüsusilə də "Şahdəniz" layihəsinin ikinci fazasından hasil olunacaq Azərbaycan qazı olmadan "Cənub dəhlizi" layihəsi reallaşa bilməz."
Diplomat, həmçinin "Şahdəniz" qazınının alınması və tranziti ilə bağlı Türkiyə və Azərbaycan hökumətləri arasında keçirilən son danışıqlarda əldə edilən irəliləyişləri alqışlamışdır.
Tədbirdə Xarici İşlər Nazirliyinin məsul əməkdaşları, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər iştirak etmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında