Saatlı və Biləsuvar şəhərlərində vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilmişdir

Vergilərin könüllü ödənilməsi sisteminin və sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Vergilər Nazirliyi tərəfindən şəhərlərdə, xüsusilə vergi orqanı olmayan şəhər və rayon mərkəzlərində vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılır. Hazırda respublikamızda müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemi ilə təchiz edilmiş 31 belə xidmət mərkəzi fəaliyyət göstərir.
Aprel ayının 4-də Saatlı və Biləsuvar rayonlarında Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin, 5 və 6 saylı Ərazi vergilər idarələrinin, sahibkarların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə növbəti Vergi ödəyicilərinə xidmət mərkəzinin açılışı olmuşdur. Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov Prezident İlham Əliyevin "Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında" Fərmanından irəli gələn vəzifələrə uyğun olaraq Azərbaycanda partnyorluq, səmərəli dövlət-biznes münasibətlərinin qurulması istiqamətində görülən işlər və bu sahədə 2011-ci ildə həyata keçirilən müxtəlif layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd olunmuşdur ki, sahibkarların maarifləndirilməsi, onlara müxtəlif növ hüquqi, informasiya, metodiki və s. köməkliyin göstərilməsini təmin edən xidmət mərkəzləri pulsuz fəaliyyət göstərir. Bu xidmət mərkəzlərində vergi ödəyiciləri öz şəxsi hesab vərəqəsindəki məlumatlara baxa, büdcəyə olan vergi borcu, onun yaranma səbəbləri və digər məsələlər barədə zəruri məlumatlar əldə edə bilərlər. Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov vergi ödəyicilərinə göstərilən xidmətlərin çeşidi, 2011-2015-ci illəri əhatə edən "Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı konsepsiyası"nın həyata keçirilməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirdə vergi sistemində tətbiq edilən yeniliklər və vergi ödəyicilərini maraqlandıran digər məsələlərlə bağlı suallar cavablandırılmışdır.

{nl}

V.BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında