Azərbaycan İKT layihələrinə 3,5 milyard dollar sərmayə yatırmağı planlaşdırır

Azərbaycan İKT layihələrinə 3,5 milyard dolar sərmayə yatırmağı planlaşdırır. Bu sözləri Qətərin paytaxtı Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ərəb Dövlətləri Liqası ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunan "Connect" Ərəb Sammitində iştirak edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Qətər İnformasiya Agentliyinə müsahibəsində demişdir.
Nazir Ə.Abbasov müsahibəsində Qətərin ev sahibliyi ilə keçirilən sammitin işini yüksək qiymətləndirmiş, Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında İKT sahəsində tərəfdaşlıq əlaqələrinin qurulacağına əminliyini vurğulamışdır. Nazir Qətər Dövlətinin əmiri Şeyx Həməd bin Xəlifə Al Saninin açılış mərasimində iştirakını dövlətin İKT sahəsinə dəstəyinin və bu sahənin inkişafına marağının müsbət göstəricisi olduğunu qeyd etmişdir. Əli Abbasov Azərbaycan ilə Qətər arasında ikitərəfli əlaqələrin son vaxtlar genişlənərək iqtisadi və turizm sahələrini də əhatə etməsini münasibətlərin inkişafının dinamikası kimi səciyyələndirmişdir.
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri müsahibəsində Avropanı Asiya-Sakit okean regionu ilə birləşdirən "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi barədə danışmışdır. Ə.Abbasov bildirmişdir ki, regionda rəqəmsal texnologiyanın inkişafına xidmət edən bu layihə 2009-cu ilin dekabrında BMT-nin Baş Məclisində qəbul olunmuş və Şərqi Avropa və Asiyada 20-dən çox dövlətin istifadə edəcəyi fiber optik şəbəkə qurmaqla "super magistral" yaratmağı nəzərdə tutur.
Ərəb İnformasiya Agentlikləri Birliyinin (FANA) fananews.com saytında da azərbaycanlı nazirin sammitdə iştirakı barədə material yerləşdirilmişdir. Materialda Əli Abbasovun sammitin yekun plenar iclasında çıxış etdiyi bildirilir. Qeyd olunur ki, nazir çıxışında İKT-nin inkişafının ərəb dünyası xalqlarının rifah halının yüksəldilməsi üçün yeni imkanlar yaradacaqdır.
Nazir demişdir ki, Azərbaycanda İKT-nin inkişafı üçün genişmiqyaslı işlər görülmüş, genişzolaqlı şəbəkə yaradılmış, rəqəmsal yayıma daha çox üstünlük verilmişdir. Bu sahədə işlərin davam etdirildiyini bildirən nazir demişdir ki, Azərbaycan İKT layihələrinə 3,5 milyard dollar sərmayə yatırmağı planlaşdırır.
Həmçinin nazir İKT sahəsində özəl sektorun rolunu genişləndirməyin əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, Azərbaycan sərmayələri və şirkətləri bu sahəyə cəlb etmək üçün əlverişli investisiya mühiti yaratmışdır.
Nazir Əli Abbasovun müsahibəsi, həmçinin Qətərin məşhur "əl-Ərəb" qəzetində (alarab.qa/details.php?artid=177888) də dərc edilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında