Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış Tədbirlər Planı layihəsinin ictimai müzakirəsi keçirilmişdir

Martın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı nazirlik tərəfindən hazırlanmış Tədbirlər Planı layihəsinin ictimai müzakirəsi keçirilmişdir. 
Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər.
Tədbiri açan əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirmişdir ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı dövlət başçısının müvafiq Sərəncamında əhalinin rifahının mütərəqqi beynəlxalq normalara uyğun layiqli səviyyəyə çatdırılması, davamlı sosial tərəqqinin təmin edilməsi, ictimai həyatın bütün sahələrində yeni nailiyyətlərin əldə olunması ölkə qarşısında əsas hədəflər kimi qeyd olunur. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" bu hədəflərə nail olunmasına şərait yaratmaqla, insan hüquq və azadlıqlarının müdafiəsində yeni mərhələ açır.
Nazir diqqətə çatdırmışdır ki, proqramın 6 fəsli üzrə ümumilikdə 20-dən çox maddədə müəyyən edilən vəzifələrin icrası ilə bağlı nazirlik tərəfindən Tədbirlər Planının layihəsi hazırlanmışdır.
Daha sonra Milli Fəaliyyət Proqramında müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı nazirlik tərəfindən hazırlanmış Tədbirlər Planının ilkin layihəsi təqdim edilmiş, ayrı-ayrı maddələrlə bağlı səslənən suallar cavablandırılmışdır.
Müzakirələrdə layihəyə müsbət rəy verilmiş, təkliflər səsləndirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında