İnnovasiyayюnümlü iqtisadiyyatın formalaşması Azərbaycana hələ çox uğurlar gətirəcək

(əvvəli qəzetin 7 mart 2012-ci il tarixində)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev innovasiyayюnümlü iqtisadiyyatın formalaşmasının dюvlət tənzimlənməsi və sahibkarlıq təşəbbüskarlığına sюykənən iqtisadiyyat modelinin bərqərar olmasına xüsusi əhəmiyyət verir. Müasir dövrün tələbinə uyğun olaraq, hər bir yeni fəaliyyət köhnə modellər əsasında yerinə yetirilərsə, heç bir səmərə verməz. Ölkədə bütün sahələrin modernləşməsi bütövlükdə dövlətin modernləşməsinin və rəqabətqabiliyyətliliyinin artmasının göstəricisdir. Yəni əmtəə, xidmət və firmanın rəqabətqabiliyyətli olması, bütövlükdə ölkənin də rəqabətqabiliyyətliliyini yaradır. 
Prezident İlham Əliyevin ölkənin rəqabətqabiliyətliliyinin artması üzrə apardığı uğurlu tənzimləmə tədbirləri öz bəhrəsini vermiş və "Dünya Rəqabətqabiliyyətliliyi indeksi 2011-2012" hesabatına əsasən Azərbaycan ölkə iqtisadiyyatının rəqabətqabiliyyətlik səviyyəsinə görə son 1 il ərzində 142 ölkə arasında daha iki pillə irəliləməsi ilə 55-ci yeri tutmuş, MDB məkanında isə öz liderlik mövqeyini qoruyub saxlamışdır.
Rəqabət bazar iqtisadiyatının konsepsiyalarından biri olmaqla, rəqabətqabiliyyətli əmtəə və xidmətin kefiyyətinin yüksəldilməsinin, məhsulun yerli və ya dünya bazarlarında realizə olunmasının göstəricisidir. Elmi-texniki tərəqqi və informasiya kommunikasiya texnologiyalarının bütün sahələrdə tətbiqi, müasir qloballaşma şəraitində, istehsalda əmək məhsuldarlığını artıraraq, daha çox əmtəə istehsalına səbəb olduğundan, əsas problem əmtəə istehsalının və göstərilən xidmətin məbləğinin artırılması deyil, onun bazarının tapılması və realizə olunmasıdır. Bu məsələlərdə hər bir əmtəə istehsalçısının yerli və ya beynəlxalq marketinqlərin apardıqları tədqiqatlara əsaslanması olduqca önəmlidir.
İstənilən ölkənin uğurlarının və dünyada nüfuzunun artmasının əsasında dövlət başçısı tərəfindən sosial- iqtisadi inkişafın təmin edilməsi dayanır. Bunun üçün, hər bir ölkənin, digərində olduğu kimi, təkrar olunmayan inkişaf modeli mövcuddur. Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "İnkişafın Azərbaycan modeli" kitabında prioritet inkişaf yoluna çevrilmiş milli iqtisadi inkişaf modeli hərtərəfli əks olunmuşdur.
Modernləşməni, ölkənin kompleks və hərtərəfli inkişafının təmin edilməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daim prioritet məsələ hesab edir. O demişdir: "Ölkəmizin qarşısında duran başlıca vəzifə iqtisadiyyatın bundan sonra da sürətli inkişaf etdirilməsi siyasi islahatların keçirilməsi, ölkənin modernləşməsidir. Son illər bu istiqamətdə çox iş görülmüşdür. Biz ölkəmizdə geniş modernləşmə siyasəti aparırıq. Bu siyasət bizə imkan verəcək ki, enerji resurslarından daha da az asılı olaq".
Aparılmış bu siyasətin nəticəsidir ki, son 7 ildə ümumi daxili məhsul 3 dəfə, sənaye məhsulunun ümumi həcmi 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 9,3 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 2,9 dəfə artmış və ölkəmiz investisiya idxalatçısından ixracatçısına çevrilmişdir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hazırda Türkiyə, Gürcüstan, Ukrayna və Moldovaya irihəcmli investisiya qoyaraq, gəlir əldə etməkdədir.
2008-ci ildə Dövlət Neft Şirkəti Türkiyənin "TURKAS" şirkəti ilə birlikdə "Petkim-Petrokimya Noldinq"ə məxsus neft-kimya zavodunun 51 faizinə yiyələnib. 2010-cu ildə "Petkim" ümumi məhsul istehsalı, gəlir, mənfəət və ixrac üzrə rekord göstəricilərə nail olub, istehsal olunan məhsulların 50 faizi ixrac edilib. Prezident İlham Əliyevin 2011-ci il oktyabrın 23-də Türkiyəyə səfəri zamanı "Petkim" şirkətinin "AYPE-T" zavodunun rəsmi açılış mərasimi olub. Bu uğurların davamı kimi, elə həmin gün "SOCAR-TURKAS" birgə müəssisəsinin Petkim yarımadasında inşa edəcəyi "Star" neft emalı zavodunun da təməli qoyulub. Bununla Azərbaycan Türkiyəyə 5 milyard dollarlıq sərmayə yatırmış olub.
Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasının Dövlət Neft Fondunun əsasnaməsi"ndə bəzi dəyişikliklər edilmiş və valyuta ehtiyatlarının tərkibinə rus rublunun və türk lirəsinin əlavə edilməsinə (bu ölkələrlə ticarətin artmasını nəzərə alaraq) və ehtiyat qızılın, daşınmaz əmlakın və səhmlərin alınmasına icazə verilmişdir ki, bu da Azərbaycan Respublikasının Dövlət Neft Fondunun neft və qaz ixracından və digər mənbələrdən gələn gəlirdən əlavə valyuta axının artmasına səbəb olacaq.
Dövlətin apardığı investisiya siyasəti nəticəsində 2007-ci ildən, başlayaraq daxili investisiyanın məbləği xarici investisiyanı üstələməkdədir. Məsələn 2011-ci ildə dövlət tərəfindən investorların stimullaşdırılması öz bəhrəsini vermiş və bütün mənbələrdən iqtisadiyyata qoyulmuş investisiyanın 13 milyard dolları daxili, 7 milyard dolları isə xarici vəsaitdir.
Dünya təcrübəsində xarici investisiyanın ölkəyə cəlb edilməsinin iki modeli mövcuddur:
Birinci model - milli rejimlə əlaqədar olub, investisiya prinsiplərinə əsasən, ölkədə fəaliyət göstərən bütün investorların hüquqlarının bərabərliyini nəzərə alaraq, xarici və yerli investorlara bərabər şərait yaradır.
İkinci model - pereferensial rejimlə əlaqədar olaraq, xarici investorlara üstünlük verilir.
Azərbaycan Respublikasında müvafiq investisiya mühiti yaradılmış və xarici investisiyanı cəlb etmək üçün əsasən birinci modeldən istifadə olunur. İnvestisiya fəaliyyətinin hüquqi bazası olan "Xarici investisiyanın qorunması", "İnvestisiya fəaliyyəti" haqqında Azərbaycan Respublikasının qanunları qəbul edilmiş, investisiya fəaliyyətini genişləndirmək məqsədi ilə 2006-cı ildə Dövlət İnvestisiya Şirkəti" yaradılmışdır.
Ölkənin modernləşməsi ilə əlaqədar bütün dünya tərfindən sosial-iqtisadi tərəqqinin inkişaf sxemi kimi qəbul edilən "Universitet - iqtisadiyyat - hökumət" üçqat spiral modelinin Azərbaycanda tətbiqini ulu öndər Heydər Əliyev həyata keçirməyə başlamışdır. Bununla da ölkəmizdə informasiya - kommunikasiya texnologiyasının möhkəm əsasları yaradılmışdır. Respublikada müasir innovasiyalı iqtisadiyyatın prioritet sahəsi olan mobil rabitə xidməti dövrü başlamışdır. Xarici investorların cəlb edilməsi ilə 1994-cü ildə "Bakcell", 1996-cı ildə "Azercell" birgə müəssisəsi yaradılmışdır. Hazırda Azərbaycan Respublikasının süni rabitə peykinin hazırlanması üzrə işlər aparılır.
Ümummilli lider Heydər Əliyevin strategiyasından qaynaqlanan, elmi əsaslarla iqtisadiyyatın tənzimlənməsində böyük uğurlar əldə edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2004-cü ildə "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bununla ölkədə yeni iqtisadi fəaliyyət sahələrinin inkişafına şərait yaranmış və dövlət strukturlarının bütün sahələri haqqında məlumatların hər vətəndaş və bir iş adamı üçün açıqdır. "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan) müvəffəqiyyətlə həyata keçirilmişdir. Beynəlxalq təcrübədə qəbul edilmiş normalara əsasən, elektron hökumət - hər hansı bir ölkənin dövlət strukturunun hamısı haqqında məlumatların hər bir vətəndaş üçün yerləşdirilməsi deməkdir.
Hazırda "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və komunikasiya üzrə Milli Strategiya (2004-2012-ci illər)" müvəffəqiyyətlə həyata keçirilir. Son 8 ildə İKT bütün sahələrdə tətbiq olunur, onun orta illik artımı 25-32 faiz təşkil edərək, ümumdünya göstəricilərindən 2 - 2,25 dəfə çoxdur. Təsadüfi deyil ki, qısa zaman ərzində surətli templə olan yüksəliş beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan Respublikasının İKT sahəsindəki reytinqi çox yüksək qiymətləndirilir. Son 5 ildə respublika bu göstəriciyə görə dünyanın 10 ən çox inkişaf etmiş dövlətlər qrupuna daxil edilmişdir.
Vergilər Nazirliyində sahibkarlara lisenziya verilməsində və Dövlət Gömrük Komitəsində "bir pəncərə" sisteminin tətbiqi informasiya kommunikasiya texnologiyasına əsaslanaraq olduqca səmərəlidir.
2012-ci il yanvarın 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışı bir daha göstərdi ki, elmə, təcrübəyə, yüksək intellektuallığa söykənən iqtisadiyyatın dövlət tənzimlənməsi üzrə aparılan fəaliyyət ilin yüksək nəticələrlə başa çatdırılmasına səbəb olmuşdur. Bunlardan bəzilərinə nəzər salaq:
* Respublikada makroiqtisadi stabillik saxlanılmış, xarici dövlət borcunun ÜDM-ə nisbəti 7,3 faiz təşkil etmişdir. Strateji valyuta ehtiyatı 40 milyard dolları ötmüşdür.
* 2011-ci ildə iqtisadiyyata 20 milyard dollar məbləğində investisiya qoyulmuşdur. 2010-cu ildə bu rəqəm 17,6 milyard dollar olmuşdur.
* İnflyasiya birrəqəmli səviyyədə qalmışdır 7,9 faiz.
* Əhalinin pul gəlirləri 19,6 faiz artmışdır.
* Orta pensiyanın səviyyəsi 180-190 dollar, orta maaş 460 dollara yaxındır.
* 94 min yeni iş yeri açılmışdır ki, bunun 73 mini daimidir.
Dövlət başçısı demişdir: "Bütövlükdə biz işsizliyə qarşı proqramı icra etməyə başlayandan sonra - 2003-cü ildən bu günə qədər 1 milyondan artıq yeni iş yeri açılmışdır. Hazırda Azərbaycanda işsizliyin səviyyəsi 2011-ci ildə daha da aşağı düşmüşdür və bu rəqəm 5,4 faizdir. Həmişə işsizliklə bərabər gedən yoxsulluğun səviyyəsi isə yenə də aşağı düşərək 7,6 faiz təşkil etmişdir".
Torpaqlarının 20 faizi erməni işğalı altında olan Azərbaycan Respublikası öz hərbi gücünü hər il artırır. 2011-ci ildə hərbi məsələlərə 3 milyard 413 milyon dollar xərclənmişdirsə, 2012-ci ildə bu məqsədlə 3 milyard 474 milyon dollar ayrılması nəzərdə tutulur. Ermənistanın ümumi xərcləri 2 milyard dollardır. Deməli, bizim hərbi xərclərimiz ondan təxminən 2 dəfə çoxdur. Ölkəmizdə istehsal olunan hərbi məhsulların çeşidi artıq 600-ə çatdırılmışdır. Hazırda Azərbaycan bölgədə ən güclü orduya malikdir, maddi-texniki təchizat yüksək səviyyədədir.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2011-ci il Azərbaycan Respublikasının sosial-iqtisadi yüksəlişə beynəlxalq aləmdə böyük nüfuza sahib olduğunu bir daha nümayiş etdirən tarixi yubiley ilə dəyərləndirildi.
Son 8 ildə əldə edilən uğurlarda cənab İlham Əliyevin iqtisadiyatın dövlət tənzimlənməsi ilə, çoxşaxəli innovasiyayönümlü iqtisadiyatın formalaşması xüsusi səmərəli əhəmiyyət kəsb edərək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında bütün sahələrdə nəzərdə tutulacaq yeni-yeni nailiyyətlərin əldə olunmasına əminlik yaradır.

{nl}

Roza ƏLİYEVA, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının iqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında