Gələn həftə Azərbaycan və Türkiyə Trans-Anadolu qaz kəmərinə dair hökumətlərarası saziş imzalayacaq

"APA-ECONOMICS"in "The Wall Street Journal"a istinadən yaydığı xəbərə görə, bu barədə Küveytdə səfərdə olan Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev açıqlama vermişdir.
Qeyd edək ki, 26 dekabr 2011-ci ildə Ankarada Türkiyə və Azərbaycan arasında Trans-Anadolu (Samsun-Ceyhan) qaz kəmərinin tikintisi layihəsi üzrə Anlaşma Memorandumu imzalanmışdır. Yeni kəmər Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağında hasil olunan qazın Türkiyə vasitəsilə Avropaya nəqli üçün nəzərdə tutulur. Kəmərin illik ötürmə gücü azı 16 milyard kubmetr təşkil edəcək. Kəmər Türkiyənin şərq sərhədlərindən - Gürcüstanla sərhəddən Türkiyənin Bolqarıstan və ya Yunanıstanla sərhədinədək uzanacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında