Azərbaycan Mərkəzi Bankı kredit məlumatlarına çıxışı genişləndirməyə hazırdır

Azərbaycan Mərkəzi Bankı (AMB) təcili və faizli kreditlər verən bütün kredit təşkilatlarının kredit məlumatlarının mübadiləsində iştirakını dəstəkləyir. Bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin (MKR) rəhbəri Elçin Həbibov məlumat vermişdir:
"Hazırda müvafiq hüquqi-normativ bazanın hazırlanması işləri gedir. Gələcəkdə biz lizinq, telekommunikasiya şirkətlərinin, kommunal müəssisələrin bu prosesdə iştirakını görürük. Lakin bu gün hələ bunun hansı struktur - kredit reyestri və ya kredit bürosu çərçivəsində həyata keçiriləcəyi məlum deyil".
Elçin Həbibovun sözlərinə görə, bu gün Azərbaycanda çalışan banklar kreditlər haqqında məlumatları hər ay Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə göndərirlər:
"Azərbaycanda fəaliyyət göstərən 27 bank olmayan kredit təşkilatından 20-si MKR-ə qoşulmuşdur, yerdə qalan 7 təşkilat texniki potensialın artırılması və reyestrə qoşulmaq üçün lazım olan proqram təminatına hazırlıq üzərində işləyirlər". MKR 2005-ci ilin martından fəaliyyətə başlamışdır.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında