Ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının birinci iclası

Martın 5-də iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılığı ilə Azərbaycan nümayəndə heyəti Düşənbəyə gəlmişdir. 
Tacikistan paytaxtında ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının birinci iclası öz işinə başlamışdır.
Azərbaycanın Tacikistandakı səfirliyindən bildirmişlər ki, Komissiyanın Azərbaycanın tərəfdən həmsədri iqtisadi inkişaf naziri Şahin Mustafayev, Tacikistan tərəfindən isə meliorasiya və su təsərrüfatı naziri Rəhmət Bobokalonovdur.
İclasda ölkələrimiz arasında ticarət-iqtisadi sahədə əlaqələrin genişləndirilməsi, o cümlədən sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, neft-qaz , sərmayə qoyuluşu, təhsil, mədəniyyət, səhiyyə, ətraf mühitin mühafizəsi, turizm, idman, gənclər siyasəti və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə olunacaqdır.

{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri 
Düşənbə

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında