Bakıda Dünya Bankının (DB) Azərbaycan üzrə II İqtisadi Siyasət Forumu keçirilir

Martın 5-də Bakıda Dünya Bankının (DB) Azərbaycan üzrə II İqtisadi Siyasət Forumu öz işinə başlamışdır. İki gün davam edəcək forumun gündəliyinə iqtisadiyyatın inkişafı, şaxələndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, əmək bazarı və sair məsələlərin müzakirəsi daxildir. 
Ölkəmizin uzunmüddətli inkişaf imkanlarını müzakirə etmək məqsədi ilə Azərbaycan Hökumətinin əsas iqtisadi polisimeykerlərini və xarici ekspertləri bir araya gətirən Forumun məqsədi Azərbaycanın qeyri-neft sektorunun daha çox yer alacağı gələcək iqtisadi siyasətin əsas tərkib hissələrinin ətraflı müzakirəsi üçün platforma təmin etməkdir.
Forumu giriş sözü ilə açan iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov Prezident İlham Əliyevin tədbir iştirakçılarına təbrikini oxumuşdur (Təbrikin mətni qəzetin bugünkü nömrəsində dərc olunub). Daha sonra Azərbaycanın iqtisadi inkişaf sahəsində əldə olunan nailiyyətlərini diqqətə çatdıran Dövlət müşaviri qarşıda duran vəzifələrdən danışmışdır.
Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə strategiya və əməliyyatlar üzrə direktoru Teodor Ahlersın isə son illər ərzində Azərbaycanda iqtisadi inkişaf sahəsində çox ciddi addımlar atıldığını bildirmişdir.
Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov demişdir ki, yeni inkişaf modeli Azərbaycan iqtisadiyyatının daha geniş şaxələndirilməsinə əsaslanacaq, innovasiyalar, investisiya və ixrac təqdir ediləcək, dövlət institutunun səmərəliliyi daha da yüksəldiləcək və məşğulluğun əhəmiyyətli hissəsinin cəmləşdiyi aqrar sektorunda əlavə artım imkanları yaradılacaqdır.
Forumda yerli ekspertlərlə yanaşı, bir sıra beynəlxalq qurumların nümayəndələri də çıxış etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında