"AtaSığorta" ASC nizamnamə kapitalını 10 milyon manata çatdırır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "AtaSığorta" ASC-nin yeni səhmlərinin Emissiya Prospektini qeydə almışdır. Şirkətdən verilən məlumata əsasən emissiyanın həcmi 5 milyon manatdır. Qeydə alınmış adi sənədsiz adlı səhmlərin hər birinin nominal dəyəri 25 manat olmaqla cəmi sayı 200 min ədəd təşkil edir.
Səhmlərin yerləşdirilməsi kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında keçiriləcəkdir. Buraxılmış səhmləri əldə etmək istəyənlər cəmiyyətin səhmlərinin yerləşdirilməsində iştirak edən anderrayter "BROKDİL-AZ" MMC-yə müraciət edə bilərlər. Səhmlərin tədavülündə məhdudiyyətlər yoxdur. Səhmlərin dəyəri ödənildikdən sonra "AtaSığorta" ASC-nin nizamnamə kapitalı 10 milyon manata çatacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında