Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Belarusun İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır

Fevralın 22-də İqtisadi İnkişaf Nazirliyində (İİN) Belarusun iqtisadiyyat naziri Nikolay Snopkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. 
İİN-in mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan və Belarus arasında mövcud iqtisadi əlaqələr, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir.
Sonda "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Belarus Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında" saziş imzalanmışdır. Sənədi Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Belarus tərəfdən isə bu ölkənin iqtisadiyyat naziri Nikolay Snopkov imzalamışlar.
Sənəddə ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət, investisiya, sahibkarlığın inkişafı sahəsində məlumat və təcrübə mübadiləsi, qarşılıqlı maraq kəsb edən proqram və layihələrin həyata keçirilməsi, eləcə də iş adamları arasında ikitərəfli görüşlərin, biznes forum və seminarların təşkili nəzərdə tutulur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında