"Şahdəniz" konsorsiumu Azərbaycan qazının Avropaya nəqli ilə bağlı yeni qərar qəbul etmişdir

Yekun ixrac marşrutu isə yaxın bir ildə seçiləcək
Azərbaycan qazının Avropa bazarlarına çıxarılması ilə bağlı nəql marşrutlarının seçilməsinə dair ilkin qərarlar qəbul edilib və son marşrutun seçilməsi də mərhələlərlə həyata keçiriləcək. Bu barədə "APA-ECONOMICS"ə "Şahdəniz" konsorsiumundan bildirilib.
Qeyd edək ki, qazın Avropaya nəqli ilə bağlı 4 marşrut nəzərdən keçirilib. Bunlardan ikisi - ITGI və TAP - İtaliyaya, digər iki marşrut - "Nabucco" və Cənub-Şərqi Avropa kəməri (SEEP) - isə Mərkəzi Avropaya yönəlib.
"Şahdəniz" konsorsiumunun nümayəndəsi "APA-ECONOMICS"ə bildirib ki, konsorsiumun ixrac danışıqları qrupunun qərarı ilə İtaliyaya istiqamətlənən iki marşrutdan biri - ITGI ilə danışıqların dayandırılması qərara alınıb: "Bununla bağlı əvvəlcədən elan olunmuş seçim kriteriyaları var. Bu kriteriyalar əsasında qərar qəbul olunub ki, İtaliyaya yönəlmiş iki layihədən birinin - ITGI-nin dəyərləndirilməsini dayandıraq. TAP-ın dəyərləndirilməsi prosesi isə davam edir. Bundan sonra bu istiqamətdə danışıqlar yalnız TAP layihəsi üzrə aparılacaq".
"Şahdəniz" konsorsiumunun nümayəndəsinin sözlərinə görə, indiki qərar Azərbaycan qazının Avropaya nəqli marşrutunun seçimində yalnız ilk addımdır. İkinci addım Mərkəzi Avropaya yönəlmiş iki layihədən birinin seçilməsi ilə bağlı olacaq: "Hazırda Mərkəzi Avropaya yönəlmiş iki potensial layihənin - "Nabucco" və SEEP - dəyərləndirilməsi davam edir. Bundan sonrakı mərhələdə bu iki layihədən biri seçiləcək". Hazırda bu iki layihə arasında qiymətləndirmə aparılır və konsorsiumun bununla bağlı qərarı 2012-ci ilin ortalarında gözlənilir.
"Yalnız bundan sonra qazın nəqli üçün son marşrut seçiləcək və bu seçim TAP və Mərkəzi Avropaya yönəlmiş iki marşrutdan birinin arasında aparılacaq", - deyə konsorsiumdan bildirmişlər.
"bp-Azerbaijan" rəsmisi nəql marşrutunun seçilməsi ilə bağlı son qərarın nə vaxt qəbul ediləcəyini dəqiqləşdirməyib, amma onun sözlərinə görə, yekun marşrutun seçilməsi barədə qərar "Şahdəniz"in ikinci fazası üzrə işlərə sanksiya verilməsinə qədər qəbul olunacaq. Xatırladaq ki, bu sanksiyanın 2013-cü ilin ortalarında verilməsi gözlənilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında