Mərkəzi Bankın idarə heyətinin iclası keçirilmişdir

Mərkəzi Bankın idarə heyətinin 2011-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir. Struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdikləri iclasda bankın sədri Elman Rüstəmov çıxış etmişdir.
E. Rüstəmov bildirmişdir ki, mürəkkəb qlobal iqtisadi proseslər fonunda ölkədə iqtisadi inkişafın dayanıqlığının qorunmasında Mərkəzi Bank fəal iştirak edir. İnflyasiya aşağı səviyyədə qorunur, milli valyutanın sabitliyi və bankların iqtisadi inkişafa maliyyə dəstəyi təmin edilir, müasir ödəniş sistemləri fəaliyyət göstərir, maliyyə xidmətlərinin keyfiyyəti artırılır. Mərkəzi Bankın səmərəli fəaliyyətini ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmişdir.
Daha sonra idarə heyətinin üzvləri bankın ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məruzə ilə çıxış etmişlər. Qeyd edilmişdir ki, qlobal böhranın neqativ təsirlərinin aradan qalxdığı hazırkı dövrdə Mərkəzi Bankın siyasəti yenidən inflyasiyanın azaldılmasına yönəldilmişdir. Bank nəzarətinin yeni "kontr-tsiklik" idarəetmə çərçivəsi aktiv olaraq inkişaf etdirilir. Pul siyasəti ilə prudensial siyasətin çərçivəsinin inteqrasiyası sahəsində mühüm innovasiyalar tətbiq edilir. Pul və maliyyə sabitliyi siyasəti dərin tədqiqat və analitik bazaya əsaslanır.
Ötən il ərzində ödəniş sistemlərinin sabit fəaliyyəti və inkişafı da Mərkəzi Bankın fəaliyyətinin başlıca prioritetlərindən biri olmuşdur. Məqsədyönlü islahatlar nəticəsində elektron ödəniş sistemləri inkişaf etdirilir. Qabaqcıl standartlara uyğun nağd pulun yeni idarəetmə sistemi formalaşdırılır, xəzinə infrastrukturları optimallaşdırılır.
İclası yekununda E.Rüstəmov növbəti strateji dövrdə Mərkəzi Bankın qarşısında duran vəzifələri də açıqlamışdır. O bildirmişdir ki, həyata keçiriləcək layihələr Mərkəzi Bankın institusional təkmilləşdirilməsi və modernləşməsinə xidmət edəcəkdir.
Digər strateji vəzifələrdən biri də Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyasının işlənməsində və reallaşdırılmasında fəal iştirak etməklə ölkənin iqtisadi inkişafına töhfə verməkdir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında