"Azercell" Telekom MMC 2011-ci ilin yekunlarını açıqladı

Ötən il ərzində şirkət bir çox yeniliklərə və nailiyyətlərə imza atıb
2011-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransını açan "Azercell" Telekom MMC-nin prezidenti Ali Ağan şirkətin ötən il ərzində fəaliyyəti barədə danışdı. Açıqlanan rəqəmlərə görə, ilin sonuna "Azercell" abonentlərinin sayı 4 milyon 220 min nəfər təşkil edib. Azərbaycanın mobil rabitə bazarının 55 faizinə nəzarət edən "Azercell" Telekom MMC-nin şəbəkəsi əhalinin 99,8 faizini əhatə edir.
Şirkətin maliyyə departamentinin rəhbəri Əhməd Kərimov son rəqəmləri bölüşərkən qeyd etdi ki, "Azercell" 2011-ci il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 170,2 milyon dollar vəsait yatırıb. Uzun illərdir Azərbaycanın qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Azercell" 15 il ərzində bu istiqamətdə 1 milyard 55 milyon dollara yaxın vəsait sərf edib.
Fəaliyyətinin əsas prioritetlərindən birini təşkil edən sosial layihələrə 2011-ci ildə şirkət tərəfindən 1,2 milyon ABŞ dolları (15 ildə cəmi 15,9 milyon) məbləğində vəsait xərclənib. Bunlar sırasında Book Klub, "Zərif imzalar" kitabının dərci və təqdimatı; gənclərin inkişafına yönələn layihələrdən Tələbə təqaüd proqramı, məzunlar üçün Əmək yarmarkası, Gənc mühəndislərin yay məktəbinin təşkili, Xəzər Universitetində "E-learning" otağının, Qafqaz Universitetində 4G (LTE) avadanlığı ilə təmin edilmiş laboratoriyanın açılması, Naxçıvan Dövlət Universiteti ərazisində 4G sınaq şəbəkəsinin yaradılmasını qeyd etmək olar.
Ötən il ərzində bir çox yeni texnologiyanın Azərbaycana gətirilməsi ilk olaraq məhz "Azercell" tərəfindən təşkil edilib.
2011-ci ildə "Azercell" Telekom MMC telekommunikasiya sektorunun inkişafına verdiyi müstəsna töhfəsinə görə "Uğur" milli mükafatına, "İlin ən yaxşı PR xidməti" mükafatına, "İlin şirkəti" milli biznes mükafatına layiq görüldü. 2011-ci ildə Azercell həmçinin Avropa Biznes Assambleyasının (EBA) təsis etdiyi nüfuzlu Socrates mükafatına layiq görüldü və Beynəlxalq Biznes Mükafatı (International Business Awards - Stevie) qaliblərinin siyahısında yer aldı. Şirkət həm də xidmət sahəsində nüfuzlu keyfiyyət sertifikatı sayılan EN15838 Müştərilərlə Əlaqə Mərkəzi (Customer Contact Center) nişanını alan regionun ilk özəl şirkəti oldu.
2011-ci ildə "Azercell" abonentləri üçün 3G xidmətini də təqdim etdi. Əlavə dəyər xidmətlər şöbəsinin rəhbəri Leyla Məmmədova qeyd etdi ki, xidmətin tətbiqinə başlanılan bir neçə saat ərzində ondan istifadə edənlərin sayı 100 minə çatmışdı.
Mətbuat konfransı zamanı çıxış edən şirkətin Korporativ Ünsiyyət Şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə şirkətin 2012-ci il üçün planları barədə danışarkən bildirdi ki, cari ilin ən böyük gözləntisi abonentlərə yüksək keyfiyyətli 4G xidmətinin təqdim olunması olacaq.
Şirkətin prezidenti mətbuat konfransında bildirdi ki, bu məsələ artıq bu gün həll olundu.
Sonda jurnalistlərin sualları cavablandırıldı.
M. MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında