Qrant layihəsi imzalanmışdır

Tərtər Rayon İcra Hakimiyyətində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi" qrant yardımı proqramı çərçivəsində həyata keçirəcəyi "Tərtər Regional Peşə və Təlim Mərkəzinin (PTM) təsərrüfatının genişləndirilməsi və təkmilləşdirilməsi" layihəsinin təqdimatı və imzalanma mərasimi keçirilmişdir.
Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu əvvəlcə BAMF-ın Tərtər Regional Peşə və Təlim Mərkəzinin və PTM-in təsərrüfatının fəaliyyəti ilə tanış olmuşlar.
Sonra Tərtər Rayon İcra Hakimiyyətində layihənin təqdimatı və imzalanması mərasimi olmuşdur.
Rayon İcra hakimiyyətinin başçısı Ceyhun Cəfərov Tərtər rayonu haqqında ətraflı məlumat vermiş, burada aparılan geniş abadlıq-quruculuq işlərindən, Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranmış problemlərdən, rayondakı məcburi köçkünlərin, qaçqınların, cəbhəyanı kəndlərdə yaşayan insanların vəziyyətindən danışmışdır.
Yaponiyanın Azərbaycandakı səfiri Ş.Vatanabe Yaponiya hökumətinin Azərbaycanda həyata keçirdiyi layihələr barədə danışmışdır. Məlumat vermişdir ki, layihənin məqsədi Regional Peşə və Təlim Mərkəzinin nəzdində yerləşən təsərrüfat sahəsində heyvanların saxlanması üçün binanın tikilməsi, artezian quyusunun qazılması, kənd təsərrüfatının avadanlıqla təchiz olunmasıdır.
Layihə üçün Yaponiya hökumətinin ayırdığı qrant yardımının ümumi məbləği 112 min 200 ABŞ dollarıdır. Bu layihə də daxil olmaqla indiyədək Azərbaycanda ümumu dəyəri 11,609,101 ABŞ dolları olan 152 layihə müqaviləsi imzalanmışdır. Yaponiyanın Azərbaycana inkişaf üçün ayırdığı rəsmi yardım infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi sahələri əhatə etməklə, ümumi məbləği 1 milyard ABŞ dollarını keçmişdir.
Səfir Azərbaycanda, xüsusən də Bərdə və Tərtər rayonlarında kənd təsərrüfatı sahəsində böyük potensialın mövcudluğunu, Yaponiya hökumətinin bu istiqamətdə işlər görməyə hazır olduğunu bildirmişdir.
BAMF-ın sədri U.Rəhimoğlu çıxışında fondun Tərtərdə həyata keçirdiyi müxtəlif layihələr barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, layihənin əsas məqsədi ABŞ Dövlət Departamentinin dəstəyi ilə 2009-2010-cu illərdə BAMF-ın həyata keçirdiyi layihə çərçivəsində yaradılan Tərtər Regional Peşə və Təlim Mərkəzinin təsərrüfatının genişləndirilməsi və təkmilləşdirilməsidir. Layihənin həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə Peşə və Təlim Mərkəzinin təsərrüfatından daha çox müharibədən zərər çəkən insanlar və onların ailə üzvləri, qaçqın və məcburi köçkünlər faydalanacaqlar.
Sonra BAMF ilə Yaponiya səfirliyi arasında "Tərtər Regional Peşə və Təlim Mərkəzinin təsərrüfatının genişləndirilməsi və təkmilləşdirilməsi" layihəsinin müqaviləsi imzalanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında