Rövnəq Abdullayev: "Trans-Anadolu qaz kəməri "Nabucco"nu gündəlikdən çıxarmayacaq"

Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan Trans-Anadolu (TANAP) qaz kəməri "Nabucco" layihəsinə qarşı deyil.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev demişdir.
R.Abdullayev Trans-Anadolu qaz kəməri ilə bağlı heç bir maliyyə sıxıntılarının olmadığını vurğulamışdır: "Biz bu layihə ilə qardaş Türkiyənin enerji satışının əsas mərkəzlərindən biri halına gəlməsini qarşıya məqsəd qoymuşuq. Layihənin 80%-lik hissəsi Azərbaycana, 20%-lik hissəsi isə BOTAŞ-TPAO ortaqlığına aiddir. Layihənin maliyyələşməsində heç bir sıxıntımız olmasa da, Azərbaycanda qaz istehsalı sahəsində fəaliyyət göstərən bəzi böyük firmaları da layihənin maliyyələşdirilməsinə cəlb etməyi düşünürük".
ARDNŞ prezidenti TANAP layihəsinin həyata keçirilməsi ilə "Nabucco" layihəsinin gündəlikdən çıxmadığını, əksinə, o layihəni inkişaf etdirəcəyini bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında