Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həcmi yanvar ayı ərzində 100 milyon dollardan çox artmışdır

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2012-ci ilin yanvar ayı ərzində 102,3 milyon dollar (bir faiz) artmışdır. Trend-in məlumatına görə, bu barədə AMB-nin bazar ertəsi yaydığı məlumatda bildirilir: "2012-ci ilin yanvar ayının yekunları üzrə valyuta ehtiyatları 2011-ci ilin yanvar ayına nisbətən 61,2 faiz artaraq 10 583,8 milyon dollar olmuşdur".
2010-cu ilin yekunları üzrə AMB-nin valyuta ehtiyatları 6 407,6 milyon dollar, 2011-ci ilin yekunları üzrə isə 10481,5 milyon dollar təşkil etmişdir.
Mərkəzi Bank 2012-ci ildə sərəncamında olan valyuta ehtiyatlarının təxminən üç milyard dollar artacağını proqnozlaşdırır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında