"Paşa Sığorta"nın nümayəndə heyəti "Sığorta hadisələrinin idarə edilməsi"nə dair beynəlxalq konfransda iştirak etmişdir

"Paşa Sığorta" şirkətinin nümayəndə heyəti 19-20 yanvar 2012-ci il tarixlərdə Praqa şəhərində keçirilmiş "Sığorta hadisələrinin idarə edilməsi"nə dair Beynəlxalq Konfransda işini yekunlaşdırdı.
Beynəlxalq tədqiqat qrupu Uniglobal tərəfindən hər il təşkil olunan konfransın fəaliyyətinə ənənəvi olaraq iri beynəlxalq və yerli sığorta şirkətlərinin texniki və hüquq bölmələrinin rəhbərləri, həmçinin sığorta hadisələrinin idarə edilməsinin müasir infrastrukturunu və avtomatlaşdırılmasını təmin edən assistant, konsaltinq və İT şirkətlərin nümayəndələri qatılırlar. Bu il konfransda əsas məruzəçilər qismində Aviva (Böyük Britaniya) və Chartis (ABŞ) sığorta şirkətlərinin regional rəhbərləri, o cümlədən sığorta hadisələrinin avtomatlaşdırılması prosesini həyata keçirən SAP (Almaniya), Oracle (ABŞ) və Audatex (Avstriya) şirkətlərinin nümayəndələri, habelə Avstriyadan, Almaniyadan və İsveçrədən olan sığorta hadisələri üzrə müstəqil assistant və tənzimləyici şirkətlərin nümayəndələri çıxış etmişlər.
"Paşa Sığorta" şirkəti sığorta biznesinin əsas texniki istiqamətləri üzrə aparıcı beynəlxalq təcrübənin daimi öyrənilməsinə və Qərbin know-how prinsiplərinin yerli bazarda ehtiyatla tətbiqinə böyük önəm verir. Sığorta hadisələrinin idarə olunması hər zaman sığorta sahəsinin inkişafının ən aktual mövzularından biri hesab olunub və bu səbəbdən adı çəkilən sahənin aparıcı texniki mütəxəssislərinin forumunda iştirak "Paşa Sığorta" və onun müştərilərinin xeyrinə istifadə edilə biləcək çoxlu sayda materiallarla təmin etmişdir. Konfransda Avropanın aparıcı assistant şirkətləri ilə biznes münasibətlərinin yaradılmasını xüsusilə qeyd etmək istərdim, belə ki, bizim üçün onların təcrübə və praktikası dəyəri ölçülməyən materialdır" - İdarə Heyətinin üzvü və Baş texniki direktor Orxan Məmmədov Praqadan döndüyündə qeyd etdi. "Paşa Holdinq"in tərkibində fəaliyyət göstərən "Paşa Sığorta" ASC korporativ və fərdi müştərilərə 30 sığorta növü üzrə xidmət göstərir. Kapitallaşma həcminə görə "Paşa Sığorta" 30 milyon manat nizamnamə kapitalı və 47 milyon manat cari məcmu aktivlə milli sığorta bazarının lideri və Azərbaycan sığorta bazarının mühüm sığortaçı və təkrarsığortaçılarından biridir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında