Əli ABBASOV:Azərbaycana haker hücumu İran və Niderlanddan həyata keçirilib

Azərbaycanın dövlət və ictimai saytlarına haker hücumu İran və Niderlanddan həyata keçirilib. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat vermişdir.
Nazirin sözlərinə görə, hücum nəticəsində 25 sayt zərər çəkib, lakin onların işi təxminən iki saat ərzində bərpa edilib: "Bizim apardığımız araşdırma bir gün əvvəl başa çatıb və müəyyən olunub ki, İrandan 24, Niderlanddan isə 1 hücum həyata keçirilib. Biz dünən İran tərəfinə müraciət edərək hücumların həyata keçirildiyi ünvanları dəqiq göstərmişik. Biz inanırıq ki, hücumun həyata keçirildiyi yerə baxmayaraq, həmin ölkə tranzit kimi istifadə edilə bilər, əslində isə hücum üçüncü ölkədən həyata keçirilə bilər... Biz inanırıq ki, bu ölkələrin dövlət strukturlarının mövcud faktla əlaqəsi yoxdur".
Nazirin sözlərinə görə, yanvarın 16-da hücumlar Azərbaycan saytlarına, yanvarın 17-də İranın 35 saytına, yanvarın 19-da isə Ermənistanın 300-dən çox saytına həyata keçirilib: "Belə faktların qarşısını almaq üçün biz təkcə İranla deyil, digər qonşu ölkələrlə də əməkdaşlıq etməliyik. Azərbaycan da mövcud əməkdaşlığı Kibercinayətkarlıq haqqında Konvensiya çərçivəsində həyata keçirir".
Ə.Abbasovun fikrincə, mövcud hadisə bir növ siqnal xarakteri daşıyır: "Biz bununla bağlı kompleks işlər aparmaq qərarına gəlmişik. Onlar əsasən təşkilati və normativ-hüquqi sənədlərin hazırlanmasını, eləcə də zəruri texniki işlərin keçirilməsini nəzərdə tutur. Biz bu planda digər dövlət strukturları, eləcə də digər ölkələrin strukturları ilə əməkdaşlıq edəcəyik".
Nazir qeyd etmişdir ki, saytların yaradılması prosesi son zamanlar istənilən səviyyədə keçirilmir, bununla bağlı nazirlik "Elektron hökumət" dövlət proqramı çərçivəsində dövlət saytlarının yaradılması üzrə audit keçirmək, bu növ işlərin keçirilməsi üçün müvafiq sertifikatları tətbiq etmək niyyətindədir.
Xatırladırıq ki, yanvarın 17-də Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin serverlərində yerləşən müxtəlif qurumların, ictimai təşkilatların və KİV-in saytlarına haker müdaxilələri baş vermişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında