Naxçıvanda "Lifan SUV" avtomobillərinin istehsalına başlanıb

Naxçıvan Avtomobil Zavodunda (NAZ) "cip" avtomobillərin - "Lifan SUV" modelinin istehsalına başlanılıb.
Bu barədə "APA-ECONOMICS"ə zavodun direktoru Musa Allahverdiyev məlumat vermişdir. Onun sözlərinə görə, "Lifan SUV" krossoverləri 1,8 litr həcmli 133 at gücündə mühərriklə təmin olunmuşdur və 100 kilometrə 8 litr yanacaq işlədir.
Zavod direktoru krossover üçün mühərrikin həcminin kiçik olmadığını demişdir: "Avtomobilin banı (kuzası) yüngül olduğuna görə, bu həcmdə mühərrik kifayət edir. Avtomobilin sürəti 170 kilometrə çatır".
Yeni avtomobillər "Avro-3" standartlarına cavab verir, bu ilin sonunadək isə onların avro-4 standartlarına keçməsi planlaşdırılır. "Lifan SUV" krossoverlərinin qiyməti 13-14 min manat arasındadır və 2 illik kreditlə almaq mümkündür.
Paralel olaraq müəssisədə indiyədək buraxılan "Lifan 320" və "Lifan 620" avtomobillərinin avtomat sürətlər qutusu ilə istehsalına başlanacaq. Sürətlər qutusunun mexanikidən avtomata dəyişməsi bu modellərin qiymətinin təqribən 800-1000 manat artmasına səbəb olacaq.
Musa Allahverdiyevin sözlərinə görə, bu il zavodda bütün növlər üzrə təqribən 1000 avtomobilin buraxılması planlaşdırılır, lakin tələbat böyük olsa, istehsal həcmi arta bilər: "Zavodun istehsal gücü normal rejimdə ildə 5 minədək, ikinövbəli rejimdə isə 10 min avtomobilin buraxılmasına imkan verir".
Hazırda zavod rəhbərliyi NAZ-da buraxılan avtomobillərin xarici ölkələrə - Türkiyə və Qazaxıstana ixracı ilə bağlı danışıqlar aparır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında