Keçən ilin dövlət büdcəsi bütün proqnozlar üzrə uğurla icra edilmişdir

2011-ci il dövlət büdcəsinin mədaxili 15700,6 milyon manat, xərcləri 15394,7 milyon manat olmaqla, 305,9 milyon manatlıq büdcə profisiti yaranmışdır. 
Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilmişdir. Məlumatda deyilir ki, ötən il dövlət büdcəsinin mədaxili 100,9 faiz icra olunmuşdur ki, bu da 2010-cu illə müqayisədə 37,7 faiz çoxdur.
Vergilər Nazirliyi büdcəyə 5472,0 milyon manat, Dövlət Gömrük Komitəsi 1141,5 milyon manat, Dövlət Neft Fondu 9000,0 milyon manat vəsait transfert etmişdir. Sair gəlirlərdən nəzərdə tutulan 51 milyon manata qarşı büdcəyə 87,1 milyon manat və ya proqnoza nisbətən 70,7 faiz çox vəsait daxil olmuşdur.
Keçən il dövlət büdcəsinin xərcləri 96,6 faiz icra edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 3628,8 milyon manat və ya 30,8 faiz çoxdur. Cari xərclərə dövlət büdcəsi xərclərinin 46,7 faizi həcmində və ya 7190,7 milyon manat vəsait sərf edilmişdir ki, bu da 2010-cu illə müqayisədə 544,4 milyon manat və ya 8,2 faiz çoxdur.
Əsaslı xərclərə 7860,9 milyon manat və ya dövlət büdcəsi xərclərinin 51,1 faizi həcmində vəsait yönəldilmişdir ki, bu da 2010-cu ilə nisbətən 2833,0 milyon manat və ya 56,3 faiz çoxdur. Həmin vəsaitin 5854,0 milyon manatı dövlət əsaslı vəsait qoyuluşu xərclərinə, 2006,9 milyon manatı isə büdcə təşkilatlarına əsas vəsaitlərin alınması xərclərinə sərf edilmişdir.
Dövlət borclarına xidmətlə bağlı xərclərə dövlət büdcəsi xərclərinin 2,2 faizi həcmində və ya 343,1 milyon manat vəsait istifadə olunmuşdur. Bu, 2010-cu illə müqayisədə 252,4 milyon manat, yaxud 3,7 dəfə çoxdur.
Keçən il sosialyönümlü xərclərin maliyyələşdirilməsinə dövlət büdcəsi xərclərinin 28,2 faizi və ya 4340,1 milyon manatı yönəldilmişdir ki, bu da 2010-ci illə müqayisədə 637 milyon manat, yaxud 17,2 faiz çoxdur.
Ötən il istifadə olunan 5854,0 milyon manat dövlət əsaslı vəsait qoyuluşu xərclərindən sosial təyinatlı layihələr üzrə (təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı) obyektlərin tikintisinə və yenidən qurulmasına 729,5 milyon manat, enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının və bu qəbildən olan digər obyektlərin tikintisinə, yenidən qurulmasına və müvafiq avadanlıqların alınmasına 5124,5 milyon manat vəsait yönəldilmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında