Azərbaycan və Dağıstan iqtisadi sahədə əməkdaşlığı genişləndirmək niyyətindədirlər

Azərbaycan və Dağıstan qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədirlər.
Bu fikir Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və Rusiya Federasiyasının Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun mayın 24-də Nazirlər Kabinetində keçirilmiş görüşündə səslənmişdir.
Azərbaycan hökumətinin başçısı qeyd etmişdir ki, xalqlarımızı möhkəm tarixi dostluq və qardaşlıq telləri birləşdirir, Azərbaycanda Dağıstanın uğurlarını həmişə sevinclə izləyirlər. Ümummilli lider Heydər Əliyev Rusiya Federasiyasının subyektlərindən biri olan, Azərbaycanın müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyi Dağıstanla əlaqələrin genişləndirilməsi məsələlərinə həmişə böyük diqqətlə yanaşırdı.
Baş nazir qlobal maliyyə böhranı şəraitində Azərbaycan iqtisadiyyatının dinamik inkişafından söhbət açaraq qeyd etmişdir ki, keçən il ölkəmizdə ÜDM artımı 9,6 faiz olmuşdur, sosial sahədə çoxsaylı dövlət proqramları qəbul edilmiş, regionlarda müasir müalicə-diaqnostika mərkəzləri, yeni məktəblər tikilmiş, bir çox məktəblər isə təmir edilmişdir. O bildirmişdir ki, qeyri-neft sektorunun inkişafı və infrastruktur layihələri ölkə iqtisadiyyatının prioritet istiqamətləridir.
Artur Rasizadə Dağıstan nümayəndə heyətinin üzvlərinə Azərbaycanın əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də nizamlanmaması barədə məlumat vermişdir.
Prezident Maqomedsalam Maqomedov isə Dağıstan ərazisində dəniz neft yataqlarının işlənilməsində Azərbaycan neftçilərinin təcrübəsindən istifadə etməyin vacibliyini vurğulamışdır. O, həmçinin Azərbaycan-Dağıstan hökumətlərarası komissiyasının birinci iclasının keçirilməsinə hazırlıq işlərini, Samur çayı üzərində su elektrik stansiyası tikintisinə dair müştərək layihənin həyata keçirilməsini sürətləndirməyin zəruri olmasını qeyd etmişdir.
Dağıstan rəhbəri demişdir ki, Azərbaycan RF-nin bu subyektinin xarici ticarət dövriyyəsində mühüm yer tutur. Keçən il Azərbaycan ilə Dağıstan arasında əmtəə dövriyyəsinin həcmi 200 milyon dollar olmuşdur. Bu, Dağıstan üçün çox yüksək göstəricidir.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında