Asiya İnkişaf Bankı Azərbaycan Hökuməti ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Dünən "Trend" İnformasiya Agentliyində Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyi 2011-ci il üzrə Azərbaycandakı fəaliyyətinin yekunlarına həsr edilmiş mətbuat konfransı keçirdi. 
AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono qurumun Azərbaycan üzrə fəaliyyətinin builki yekunlarını ümumiləşdirərək qeyd etdi ki, 2011-ci ildə biz nəqliyyat, energetika, su təchizatı və kanalizasiya sektorlarında Azərbaycan Hökuməti ilə əməkdaşlığımızı davam etdirmişik. Bizim əsas hədəfimiz ölkənin sosial-iqtisadi inkişafına nail olmaq və sadə insanların həyat şəraitini yaxşılaşdırmaqda Azərbaycan Hökumətinə kömək etməkdir.
Bu ilin ortasında AİB Azərbaycanla bağlı ölkə üzrə əməliyyatlara dair biznes planını təsdiq edib. Bu planda 2011-2013-cü illərdə AİB tərəfindən Azərbaycana təqribən 1 milyard ABŞ dolları məbləğində kreditin ayrılması nəzərdə tutulur.
Cari ildə AİB nəqliyyat sektorunda təqribən 23 milyon ABŞ dolları məbləğində ödənişlər həyata keçirirb. Vəsaitlər əsasən Gəncə dolama yolunun, Masallı-Astara avtomagistralının və yerli əhəmiyyətli yolların tikintisinə sərf edilib. 2011-ci il dekabrın sonunda AİB rəhbərliyi Masallı-Astara yolunun tikintisinin davam etdirilməsi üçün 200 milyon ABŞ dolları məbləğində 3-cü tranşı təsdiq etməyi planlaşdırır. Masallı-Astara yolunun 2013-cü ildə, Gəncə dolama yolunun isə 2012-ci ilin ortasında tamamlanması gözlənilir.
2011-ci ildə su təchizatı və kanalizasiya sektoru üzrə AİB təqribən 11 milyon ABŞ dolları məbləğində ödənişlər həyata keçirib. Vəsaitlər dəyəri 600 milyon ABŞ dolları olan Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı çərçivəsində Naxçıvan və Göyçay şəhərlərində su təchizatı və kanalizasiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Naxçıvan, Göyçay, Ağdaş və Beyləqan rayonlarında su və kanalizasiya sisteminin yenidən qurulması üçün 300 milyon ABŞ dolları məbləğində ikinci tranşın cari ilin dekabr ayının sonunadək AİB rəhbərliyi tərəfindən təsdiq edilməsi planlaşdırılır.
Energetika sektorunda, elektrik ötürücü xətləri layihəsi çərçivəsində AİB təqribən 35 milyon ABŞ dolları məbləğində ödəniş həyata keçirib. Layihə çərçivəsində Mingəçevirdən Abşeronadək 280 kilometr uzunluğunda və "Şimal" elektrik stansiyasından Hövsana qədər uzunluğu 97 kilometr olan elektrik ötürücü xətlərin və 5 ədəd yarımstansiyanın tikilməsi nəzərdə tutulur. Layihənin 2012-ci ilin ortalarında tamamlanması gözlənilir.
Gələcəkdə hökumətin təkliflərini nəzərə alıb, digər sahələrə də sərmayə qoyulması imkanları araşdırıla bilər.
2011-ci ildə AİB Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi ilə birgə CAREC proqramı çərçivəsində Yüksək vəzifəli rəsmilərin toplantısını və CAREC Proqramının 10-cu Nazirlər Konfransını təşkil edib. Həmin konfrans çərçivəsində CAREC - 2020 strategiyası təsdiq edilib.
Sonda AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri O. Noroyono jurnalistləri maraqlandıran suallara cavab verdi.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında