Vilnüsdə Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litvanın paytaxtı Vilnüsdə keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 18-ci iclası çərçivəsində britaniyalı həmkarı Uilyam Heyq ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır.
Görüşdə ölkələrimiz arasında iqtisadi və enerji sahələrində, həmçinin beynəlxalq təşkilatlar və BMT Təhlükəsizlik Şurası çərçivəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Britaniyalı nazir Azərbaycan ilə Türkiyə arasında təbii qazın alqı-satqısı və tranziti məsələlərinə dair sənədlər paketinin imzalanmasından məmnunluğunu bildirmişdir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında