6 Dekabr Rabitə və İnformasiya Texnologiyaları İşçiləri Günüdür. Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramına həsr edilən tədbir keçirilmişdir

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 130 illiyinə həsr edilən təntənəli mərasim keçirilib. 130 il bundan əvvəl, dekabrın 6-da Bakıda Nobel Qardaşları tərəfindən uzunluğu 6 kilometr olan ilk telefon xəttinin çəkilməsi ilə Azərbaycanda rabitənin yaranma tarixi başlanır. 
Məhz bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli sərəncamı ilə artıq 5 ildir hər il dekabrın 6-sı Azərbaycanda rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı kimi qeyd edilir. Bugünkü mərasimdə nazirlik əməkdaşları, dövlət qurumlarının və özəl sektorun nümayəndələri, eləcə də deputatlar, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Qeyd edək ki, mərasim Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin internet portalı vasitəsilə canlı yayımlanıb. Tədbirin açılışında çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi ilə bağlılığı olan bütün şəxsləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Son illər ərzində Azərbaycanda İKT sektorunun müsbət dinamikasını qeyd edən nazir sektorun inkişafının əsasının ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" ilə qoyulduğunu deyib. Bunun ardınca sektorun inkişafı üzrə qəbul edilən iki dövlət proqramı isə sahənin dinamik inkişafına xidmət edib. Azərbaycan hazırda dünya üzrə orta səviyyə göstəricisini üstələyir və sürətli templərlə inkişaf etmiş ölkələrin nəticələrinə yaxınlaşmaqdadır- deyə nazir əlavə edib.
Prezident İlham Əliyev tərəfindən elan edilmiş yüksək texnologiyalı, bilik iqtisadiyyatının yaradılmasına istiqamətlənən dövlət siyasətini və İKT sektorunun prioritet elan edilməsini xatırladan nazir bütün bunların inkişaf üçün xüsusi şərait yaratması ilə yanaşı, xüsusi məsuliyyət də tələb etdiyini qeyd edib. Əli Abbasov öz çıxışında İKT-nin demokratiya və fikir azadlığının yayılmasında rolunu vurğulayıb, habelə internet-iqtisadiyyat, nanotexnologiyalar, İT-məhsulların ixracı və s. kimi istiqamətlərin inkişaf etdirilməsinin zəruriliyini əlavə edib. Sonda nazir rabitə və informasiya texnologiyaları sahəsi əməkdaşlarının işinin məsuliyyətli və şərəfli olduğunu bir daha qeyd edərək dövlət başçısına diqqət və qayğıya, eləcə də sektor işçilərinin xidmətlərini fərqləndirdiyinə görə minnətdarlığını bildirib.
Nazirin çıxışından sonra Azərbaycan Prezidenti İlham Əliyevin rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərin mükafatlandırılması haqqında sərəncamları oxunub və təltiflər verilib. Tədbir iştirakçılarına respublikada rabitənin tarixindən və bu sahədəki son nailiyyətlərdən bəhs edən qısametrajlı film də nümayiş etdirilib.
Mərasimdə təbriklərlə çıxış edən qonaqlar İKT sektorunun hazırki informasiya əsrindəki böyük rolunu etiraf edərək hökumətin yüksək texnologiyalı iqtisadiyyata keçidə istiqamətlənən siyasətini dəstəklədiklərini bildiriblər. Bundan başqa, mərasimdə bir sıra şəxslərə nazirliyin fəxri adları və fərmanları təqdim olunub.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında