Azərbaycanın xarici işlər naziri Almaniyada keçirilən Əfqanıstan üzrə Beynəlxalq konfransda çıxış etmişdir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 5-də Almaniyanın Bonn şəhərində keçirilən Əfqanıstan üzrə Beynəlxalq konfransda çıxış etmişdir.  
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, E.Məmmədyarov Azərbaycanın Əfqanıstanda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyən ilk ölkələrdən biri olduğunu və bu səylərə töhfəsini verdiyini bildirmişdir.
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əfqanıstanlı mütəxəssislər üçün bir sıra təlimlər keçdiyini qeyd edən nazir ölkəmizin Əfqanıstan ilə ikitərəfli əlaqələrə böyük əhəmiyyət verdiyini vurğulamışdır.
E.Məmmədyarov Əfqanıstanda sülh və rifahın bərpa olunması, bu ölkənin iqtisadiyyatının inkişaf etdirilməsi üçün Azərbaycanın bundan sonra da səylərini əsirgəməyəcəyini diqqətə çatdırmışdır.
Nazir Elmar Məmmədyarov Almaniyaya səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirmişdir.
Azərbaycanlı nazirin türkmənistanlı həmkarı Rəşid Meredov ilə görüşündə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, eləcə də iqtisadi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılmışdır.
Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko ilə görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, xüsusilə də iqtisadi, investisiya, enerji sahələrində əlaqələrin genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Görüşdə, həmçinin Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın - GUAM-ın inkişafına dair müzakirələr aparılmışdır.
E.Məmmədyarov İrlandiyanın ticarət və inkişaf üzrə dövlət naziri xanım Yan O'Sullivan ilə də görüşmüşdür. Görüşdə ikitərəfli əlaqələrin dərinləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. ATƏT-ə sədrlik edəcəyi müddətdə İrlandiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq imkanları da görüşdə müzakirə mövzusu olmuşdur.
Azərbaycanlı nazir portuqaliyalı həmkarı Paulo Sakadura Kabral Portas ilə də görüşmüşdür.
Portuqaliyalı nazir Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə görə təbriklərini çatdırmış və şura çərçivəsində ölkələrimiz arasında səmərəli əməkdaşlığın aparılacağına ümidvar olduğunu vurğulamışdır.
Portuqaliyanın Azərbaycan ilə bir sıra sahələrdə, o cümlədən kənd təsərrüfatı, informasiya texnologiyaları sahələrində əməkdaşlıqda maraqlı olduğunun vurğulandığı görüşdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilmiş və bu səfərlər çərçivəsində müqavilə-hüquq bazasının möhkəmləndirilməsi istiqamətində əməli addımların atılmasının zəruriliyi vurğulanmışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında