"Kapital Bank" ASC-nin Naxçıvan Muxtar Respublikası baş idarəsi üçün yüksək iş şəraiti yaradılmışdır

"Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Naxçıvan Muxtar Respublikası (MR) baş idarəsi Naxçıvan şəhərindəki 85 nömrəli yaşayış binasının birinci mərtəbəsində və ikinci mərt əbəsinin bir hissəsində yerləşir. Bu binada aparılan əsaslı yenidənqurma işləri nəticəsində bankın əməkdaşları üçün yüksək iş şəraiti yaradılmışdır.
Dekabrın 1-də bankın yeni iş sahəsinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Kapital Bank" ASC-nin baş idarəsinin fəaliyyəti üçün yüksək şəraitin yaradıldığını bildirmiş, binanın istifadəyə verilməsi münasibətilə bankın əməkdaşlarını təbrik edərək demişdir: "Kapital Bank" bu gün muxtar respublikada 264 dövlət müəssisəsinə, 2 min 400-dən artıq hüquqi və fiziki şəxsə, 58 minə yaxın plastik kart istifadəçisinə, 150 ictimai təşkilata, 544 kooperativ və kiçik müəssisəyə xidmət göstərən böyük banklarımızdan biridir.
Ali Məclisin sədri bildirmişdir ki, bank uzun illər fəaliyyət göstərsə də, burada yüksək iş şəraiti olmamışdır. Bu gündən etibarən "Kapital Bank" ASC-nin MR-dəki baş idarəsi yeni şəraitdə insanlarımıza xidmət göstərəcəkdir. Yaradılan şəraitin müqabilində bank əməkdaşları əhaliyə nümunəvi xidmət göstərməli, insanlarımızın banka etibarı daha da artmalıdır.
Ali Məclisin sədri açılışı bildirən rəmzi lenti kəsmişdir.
Binada müştərilərə nümunəvi bank xidməti göstərmək üçün hərtərəfli şərait yaradılmış, müasir avadanlıqla təmin olunmuş 26 iş otağı istifadəyə verilmişdir.
Bankın müştərilərə xidmət bölməsində eyni vaxtda 9 nəfərə xidmət göstərmək mümkündür. Mədaxil və məxaric kassalarında, kredit şöbəsində, audit və ümumi bölmədə əməkdaşlar üçün hər cür şərait yaradılmışdır. Burada yeməkxana, iki arxiv və iclas zalı da vardır. İş otaqlarına keyfiyyətli mebel dəstləri və yanmayan 16 seyf qoyulmuşdur. Binanın xaricində 8, daxilində isə 7 mühafizə kamerası quraşdırılmışdır.
Bildirilmişdir ki, "Kapital Bank" ASC-nin baş idarəsində müştərilərə göstərilən bank xidmətləri çeşidliliyi, yüksək keyfiyyət göstəricisi ilə seçilir. Bankda hesablaşma-kassa əməliyyatları, fiziki və hüquqi şəxslərdən depozitlərin qəbulu, kreditlərin verilməsi, valyutadəyişmə, valyuta köçürmələri, sənədli əməliyyatlar, pensiya və müavinətlərin ödənilməsi, sənədlərin və qiymətli əşyaların depozit seyfdə saxlanılması, təcili pul köçürmələri, lokal-yerli və beynəlxalq plastik kartların satışı kimi xidmətlər göstərilir. Bank müştərilərinə "İnternet Bankinq" xidmətindən istifadəni də təklif edir. Müştərilər bu xidmət vasitəsilə dünyanın hər yerindən 24 saat ərzində internetə çıxışı olan istənilən kompyuterdən hesablarını izləyə bilirlər.
Ali Məclisin sədri binada görülən işləri və yaradılan nümunəvi şəraiti yüksək qiymətləndirmiş, bank əməkdaşlarının təkmilləşdirilmə kurslarına göndərilməsi, MR-in böyük kəndlərində bankomatların quraşdırılması, əhaliyə yüksək səviyyədə bank xidmətlərinin göstərilməsi barədə tapşırıqlar vermişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında