Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçirilmişdir

Noyabrın 28-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) və Türkiyənin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilmişdir.
Forumda hər iki tərəfdən qida sənayesi, toxuculuq, kimya sənayesi, tikinti, ağır sənaye, logistika və digər sektorları əhatə edən 100-dək şirkətin nümayəndələri iştirak etmişlər.
İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycan iqtisadiyyatının davamlı olaraq inkişaf etdiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, ixrac imkanlarının genişləndiyini, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin regionda aparıcı dövlətə çevrildiyini bildirmişdir. Qeyd etmişdir ki, iqtisadiyyatımızın dinamik inkişafı nəticəsində Azərbaycan şirkətlərinin maliyyə imkanları artmış və onlar qonşu ölkələrə, o cümlədən Türkiyəyə investisiya yatırmağa başlamışlar. İki qardaş ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə məlumat verən nazir müavini, Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, əməkdaşlığın daha da genişləndirilməsi üçün ölkələrimizin böyük potensiala malik olduğunu vurğulamış, sahibkarları bu imkanlardan yararlanmağa dəvət etmişdir.
İzmir valisi Cahit Kırac, "Socar&Turcas"ın rəhbəri Kənan Yavuz, "Turcas" şirkəti idarə heyətinin (İH) sədri Erdal Aksoy, Ege Bölgəsinin Sənaye Palatası İH-nın sədri Endər Yorgancılar, "Petkim" şirkəti İH-nın sədri Vaqif Əliyev çıxış edərək, Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələr, gələcək əməkdaşlıq, ARDNŞ-in Türkiyədə həyata keçirdiyi layihələr və Ege Bölgəsi Sənaye Palatasının fəaliyyəti barədə danışmışlar.
AzPROMO-nun vitse-prezidenti Rüfət Məmmədov ölkəmizin investisiya imkanları, dövlətlərimiz arasında iqtisadi-ticarət əlaqələri, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Rövşən Nəcəf qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat vermişlər.
Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç qardaş ölkələr arasında əlaqələrdən danışmış, bu cür tədbirlərin əməkdaşlığımızın daha da dərinləşməsinə töhfə verəcəyini demişdir.
Biznes forum iş adamları arasında işgüzar görüşlərlə davam etmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında