Naxçıvan Muxtar Respublikası ilə İslam İnkişaf Bankı arasında müqavilə imzalanmışdır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı (İİB) arasında "Naxçıvan Muxtar Respublikasında selə qarşı tədbirlər və suvarılan ərazilərin modernləşməsi və genişlənməsi" layihəsinin kredit müqaviləsini imzalamaq məqsədi ilə Naxçıvana gələn İİB-nin regional ofisinin direktoru Hişam Taleb Maaruofla görüşmüşdür.
Ali Məclisin sədri bildirmişdir ki, ölkəmizin sürətli inkişafı, uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar beynəlxalq maliyyə qurumları ilə sıx əməkdaşlıqda da öz əksini tapır. Bu baxımdan İslam İnkişaf Bankı ilə getdikcə dərinləşən əlaqələrin, qurulan qarşılıqlı əməkdaşlığın da yaxşı perspektivləri vardır.
İslam İnkişaf Bankının ölkəmizdə həyata keçirdiyi layihələrin özünü doğrultduğunu qeyd edən Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikasının İİB ilə əvvəlki illərdə də uğurlu əməkdaşlıq etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, "Naxçıvan Muxtar Respublikasında selə qarşı tədbirlər və suvarılan ərazilərin modernləşməsi və genişlənməsi" layihəsi də qurulan səmərəli əməkdaşlığın davamıdır. Dörd hissədən ibarət olan layihəyə əsasən muxtar respublikada Araz çayı boyunca sahilbərkitmə işləri aparılacaq, Vayxır sol sahil irriqasiya sistemi müasirləşdiriləcək, Sədərək və Kəngərli rayonlarında isə irriqasiya sistemləri təkmilləşdiriləcəkdir. Təkmilləşdirmə işlərindən sonra Sədərək rayonunda min hektar, Kəngərli rayonunda isə üç min hektar əkin sahəsi suvarma suyu ilə təmin ediləcəkdir.
Ali Məclisin sədri demişdir ki, bu istiqamətdə reallaşdırılan layihələr Naxçıvan Muxtar Respublikası üçün mühüm əhəmiyyətə malikdir. Ona görə ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan 20 ildir blokada şəraitində yaşayır. 420 minə yaxın əhalinin yaşadığı muxtar respublikada suvarılan torpaqlar cəmi 60 min hektardır. Ona görə də yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması bizim üçün əhəmiyyətlidir. Səmimi görüşə və İslam İnkişaf Bankı ilə əməkdaşlığa verdiyi əhəmiyyətə görə Ali Məclisin sədrinə minnətdarlığını bildirən Hişam Taleb Maaruof İslam mədəniyyətinin incilərindən biri sayılan Naxçıvanda ilk dəfə olduğunu, qədim diyarın onda zəngin təəssürat oyatdığını bildirmişdir. Qonaq demişdir ki, Azərbaycanda bir sıra uğurlu layihələr həyata keçirən İslam İnkişaf Bankı Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlığa xüsusi önəm verir. Kənd təsərrüfatı sahəsi və su təchizatı bankın fəaliyyətinin prioritet istiqamətidir. Kənd təsərrüfatının uğurla inkişaf etdiyi Naxçıvanda bu layihənin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində səy göstəriləcəkdir.
Qonaq İslam İnkişaf Bankının prezidenti, doktor Əhməd Məhəmməd Əlinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin yüksələn xətlə inkişafına xüsusi diqqət göstərdiyini bildirmiş, onun salamlarını Ali Məclisin sədrinə çatdırmışdır.
Ali Məclisin sədri doktor Əhməd Məhəmməd Əlinin salamlarına görə təşəkkürünü bildirmiş, onun da salamlarını İslam İnkişaf Bankının prezidentinə çatdırmağı xahiş etmişdir.
Sonra Azərbaycan Respublikası Hökuməti adından Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev və İslam İnkişaf Bankı adından bankın Regional ofisinin direktoru Hişam Taleb Maaruof "Naxçıvan Muxtar Respublikasında selə qarşı tədbirlər və suvarılan ərazilərin modernləşməsi və genişlənməsi" layihəsinin kredit müqaviləsini imzalamışlar.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında