Bakıda Azərbaycan ilə Yaponiya arasında ticari-iqtisadi əlaqələr müzakirə olunmuşdur

Noyabrın 22-də Bakıda Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 7-ci birgə iclası keçirilmişdir.
Əvvəlcə Yaponiyada baş verən zəlzələ nəticəsində həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Abid Şərifov Prezident İlham Əliyevin salamlarını iclas iştirakçılarına çatdırmışdır. Yeddinci birgə iclasın Azərbaycanın müstəqilliyinin bərpasının iyirmi illiyinə təsadüf etdiyini deyən A.Şərifov qeyd etmişdir ki, ötən illər, eyni zamanda, Azərbaycan-Yaponiya dostluğunun möhkəmlənməsi ilə də yadda qalmışdır. Yaponiya Azərbaycanın müstəqilliyini tanıyan və əlaqələr quran ilk dövlətlərdən biridir.
Ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində artıq beynəlxalq müstəvidə də respublikamızın nüfuzunun artdığını deyən Baş nazirin müavini diqqətə çatdırmışdır ki, Azərbaycanın bu yaxınlarda BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi buna əyani sübutdur. Yaponiyanın bu seçkilərdə Azərbaycanı dəstəkləməsi ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu təsdiqləyir.
Yapon şirkətlərinin Azərbaycan iqtisadiyyatına 100 milyonlarla dollar sərmayə qoyduğunu vurğulayan A.Şərifov ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya səfərinin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynadığını və bu səfərdən sonra əlaqələrimizin sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu siyasətin davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə Yaponiyaya rəsmi səfəri ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirmiş və əməkdaşlığımızın hərtərəfli inkişafına güclü təkan vermişdir.
Ölkəmizdə həyata keçirilən iri layihələr barədə qonaqlara məlumat verən Baş nazirin müavini cari ilin doqquz ayında Azərbaycanda qeyri-neft sektorunda iqtisadi artımın 8,2 faiz təşkil etdiyini, son 8 ildə isə ümumi daxili məhsul istehsalının 3 dəfə artdığını bildirərək demişdir ki, Yaponiya ilə əməkdaşlıq sahələri arasında ilk növbədə, enerji, neft-qaz hasilatı xüsusi yer tutur. Yaponiya şirkətləri Xəzər dənizinin karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlində iştirak edirlər. Lakin hesab edirik ki, artıq Azərbaycan iqtisadiyyatının bütün sahələri üzrə əməkdaşlıq üçün də böyük imkanlar vardır.
Yaponiya nümayəndə heyətinin rəhbəri, "İtoçi" korporasiyasının icraçı vitse-prezidenti Yoiçi Kobayaşi ikitərəfli münasibətlərin inkişafından razı qaldıqlarını bildirərək, yapon şirkətlərinin Azərbaycanın enerji sektorunda və ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində fəaliyyət göstərdiklərini qeyd etmişdir. O, təmsil etdiyi nümayəndə heyətinin tərkibində dövlət qurumlarının nümayəndələri ilə yanaşı, tanınmış yapon şirkətlərinin də təmsil olunduğunu deyərək aparılan müzakirələrin konkret nəticələrə gətirib çıxaracağına əminliyini bildirmişdir.
Sonra nümayəndə heyətləri təqdimatlarla çıxış etmişlər.
Sonda Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 7-ci birgə iclasının protokolu imzalanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında