ABŞ hökuməti Transxəzər boru kəməri layihəsini dəstəkləyir

ABŞ hökuməti Transxəzər boru kəməri layihəsini dəstəkləyir. İndi əsas məsələ Avropa İttifaqı, Azərbaycan və Türkmənistanın razılığa gəlməsidir.
Bu sözləri ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Azərbaycana səfərinin yekunları ilə bağlı noyabrın 15-də keçirdiyi mətbuat konfransında demişdir.
Azərbaycanda olduğu müddətdə hökumət dairələrində və enerji şirkətlərinin təmsilçiləri ilə keçirdiyi görüşlərdən məmnunluq ifadə edən R.Morninqstar bu yaxınlarda Azərbaycan ilə Türkiyə arasında qaz alqı-satqısına dair imzalanmış Anlaşma Sazişinin əhəmiyyətini xüsusi vurğulamışdır. Xüsusi nümayəndə bu sənədin "Cənub" qaz dəhlizi layihəsinin mühüm bir element olacağını diqqətə çatdırmışdır.
R.Morninqstar demişdir ki, ABŞ hökuməti "Cənub" qaz dəhlizi layihəsinə tam sadiqdir və hazırda əsas məsələ bu layihənin gəlirliliyini təmin etməkdir.
"Nabukko" layihəsinə toxunan xüsusi nümayəndə bu boru kəmərinin siyasi və strateji baxımdan ciddi önəm daşıdığını vurğulamışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında