Səbail rayonunda keyfiyyətsiz mallar satışdan çıxarılır

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında əhaliyə keyfiyyətsiz malların satılmasına son qoyulması və nəzarətin gücləndirilməsi üçün yerlərdə ciddi işlərin aparılması ilə bağlı müvafiq tapşırıqlar vermişdi. Həmin tapşırıqlarn icrası ilə bağlı Səbail RİH başçısının müvafiq sərəncamı ilə istehlak mallarının keyfiyyətinə nəzarət üzrə İctimai Komissiya yaradılmışdır.
Rayonun Gigiyena və Epidemiologiya, Sosial Müdafiə mərkəzlərinin, səhiyyə müəssisələrinin, yerli bələdiyyələrin və ictimaiyyətin nümayəndələri cəlb olunmuş komissiya üzvləri aprel ayından etibarən reydlər aparırlar. Nəticələr komissiyanın iclaslarında araşdırılır, aşkar olunmuş çatışmamazlıqların və pozuntuların aradan qaldırılması yolları müzakirə olunur, bu barədə rayon rəhbərliyinə, ictimaiyyətə məlumat verilir.
Komissiyanın növbəti baxışı rayonda əhalinin sıx məskunlaşdığı 20-ci yaşayış sahəsində keçirilmişdir. Burada fəaliyyət göstərən kiçik mağaza və ictimai iaşə obyektlərinin çoxluğu və mərkəzdən kənarda yerləşməsi həmin əraziyə daha çox diqqət yetirilməsini tələb edir. Baxış zamanı Xanlar küçəsi - 47, Gülbala Əliyev küçəsi - 5 və 19, Ö.F.Nemanzadə küçəsi - 33, Əhəd Yaqubov küçəsi - 6, Bibiheybət yolu küçəsi - 35 a"ünvanlarda yerləşən mağazalarda 32 kiloqrama yaxın yararlılıq müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun gəlməyən ərzaq malları, istifadə müddəti ötmüş konservlər, çipslər, süd məmulatları, evdə hazırlanmış kulinariya məhsulları, biskvitlər satışdan çıxarılmışdır. Ərzaq və qeyri-ərzaq mallarının bir yerdə satışının qarşısı alınmış, mağazaların sanitar-gigiyenik vəziyyətinə ciddi nəzarət olunmuşdur.
Gülbala Əliyev - 5 və Əhəd Yaqubov - 6 ünvanlarda natəmiz şəraitdə hazırlanan qutab və peraşki satışını Səbail rayon GEM sanitar norma və qaydalarına uyğun gəlməməsi səbəbindən dayandırmışdır. Mağazalar və satış yerlərində aşkar olunmuş keyfiyyətsiz və istifadə müddəti ötmüş kolbasa və süd məhsulları, qənnadı məmulatları, konservləşdirilmiş ərzaq, mineral sular, mənşəyi məlum olmayan sərinləşdirici içkilər, uşaq yeməkləri və digər mallar komissiya üzvlərinin iştirakı ilə sahibkarların özləri tərəfindən istifadəyə yararsız hala salınaraq tullanmışdır.
Baxış zamanı ciddi pozuntuların aşkar olunduğu mağazaların sahiblərinə GEM-in müvafiq cərimələri tətbiq olunmuşdur. Satış yerlərində sanitariya norma və qaydalarına ciddi riayət olunması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Qida satışı ilə məşğul olan satıcıların mütəmadi olaraq həkim müayinəsindən keçirilməsinin vacibliyi onların nəzərinə çatdırılmışdır.
Yay mövsümü ilə əlaqədar rayonun qəsəbələrində və digər yaşayış sahələrində də mütəmadi olaraq baxış-reydlər keçiriləcək.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında