Tokioda Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının və Yaponiya-Azərbaycan iqtisadi komitəsinin VI birgə iclası keçirilmişdir

Tokioda Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının və Yaponiya-Azərbaycan iqtisadi komitəsinin VI birgə iclası keçirilmişdir.
Yüksək vəzifəli şəxslərdən ibarət Azərbaycan nümayəndə heyətinə Baş nazirin müavini, komissiyanın sədri Abid Şərifov rəhbərlik etmişdir.
İclasda Yaponiya hökumətinin səlahiyyətli şəxsləri və özəl sektorun nümayəndələri iştirak etmişlər.
Tərəflər iki ölkə arasında iqtisadi və ticarət münasibətləri barədə fikir mübadiləsi aparmışlar.
Baş nazirin müavini A.Şərifov ölkəmizdə mövcud iqtisadi vəziyyət, inkişaf perspektivləri barədə məlumat vermişdir. Fövqəladə hallar, kənd təsərrüfatı, turizm, nəqliyyat, səhiyyə, gənclərlə iş, əhalinin sosial müdafiəsi, ekologiya, standartlaşdırma sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı Azərbaycan tərəfini maraqlandıran təkliflər müzakirə edilmişdir. Həmçinin, alternativ və bərpa olunan enerji mənbələrinin istifadə edilməsi üzrə bir çox məsələlərə baxılmışdır. Yaponiya şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmaq imkanları müzakirə edilmişdir.
Yekunda iclasın protokolu imzalanmışdır.
Komissiyanın iclası çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycanın Yaponiyadakı səfirliyinin yardımı ilə "Hazırkı iqtisadi vəziyyət və investisiya imkanları" mövzusunda forum da təşkil olunmuşdur.
Forumda Baş nazirin müavini Abid Şərifov çıxış etmişdir. Tədbirdə Azərbaycandan 30-dan çox şirkət və müəssisənin nümayəndələri, Yaponiyanın isə 100-ə yaxın özəl sektor təmsilçiləri iştirak etmişlər. Forumda Azərbaycanın iqtisadi inkişafı, investisiya mühiti və prioritet sahələrinə dair, həmçinin Transmilli Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi barədə, ölkəmizin turizm potensialı haqqında, neft və qaz sənayesinin hazırkı durumu və gələcək inkişaf perspektivləri barədə, alternativ və bərpa olunan enerji imkanları ilə bağlı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə əlaqədar təqdimatlar keçirilmişdir.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında