Bakıda "Milli neft strategiyasında Dövlət Neft Fondunun yeri və rolu" mövzusunda konfrans keçirilmişdir

Noyabrın 2-də Bakıda Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş "Milli neft strategiyasında Dövlət Neft Fondunun yeri və rolu" mövzusunda konfrans keçirilmişdir. 
ARDNF-nin icraçı direktoru Şahmar Mövsümovun moderatorluq etdiyi "Dövlət Neft Fondunun milli neft strategiyasının ayrılmaz hissəsi kimi" adlı sessiyasında Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, maliyyə nazirinin müavini Azər Bayramov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov və bp şirkətinin nümayəndəsi Yan Sadərlənd çıxış etmişlər.
Qeyd olunmuşdur ki, məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1999-cu ildə təsis edilən fond ötən müddətdə Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynamışdır və hazırda da önəmli layihələrin maliyyələşdirilməsində iştirak edir. Bildirilmişdir ki, artan neft gəlirlərini ölkə iqtisadiyyatına düzgün istiqamətləndirmək məqsədi ilə ümummilli lider Heydər Əliyevin hazırladığı uzunmüddətli neft strategiyasının əsas məqsədini ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə olunması, gəlirlərin şəffaf idarə edilməsini təşkil edir.
Respublikamızda infrastruktur və investisiya sahələrində görülən işlərə Dövlət Neft Fondundan hər il yüz milyonlarla manat vəsaitin ayrılması ölkəmizin bütün bölgələrinin inkişafına səbəb olmuşdur. Bütün bu quruculuq və abadlıq işləri isə neft kapitalının hesabına həyata keçirilir.
Sonra konfrans işini bölmə iclasları ilə davam etdirmişdir.
Bölmə iclaslarında "Neft Fondunun investisiya siyasəti: əsas prinsiplər, mövcud istiqamətlər və gələcək prioritetlər", "Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr: məqsəd və nəticələr", "Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi: nailiyyətlər və gələcəyə baxış" mövzularında çıxışlar olmuş, suallar cavablandırılmışdır.
Konfransda Azərbaycan Respublikasının hökumət nümayəndələri, respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirləri, beynəlxalq təşkilatların, neft-qaz hasilatı sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil xarici ekspertlər iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında